• $
  • €
  • ₽
  • ₺
  • £

Ömrü uzatmağın 9 yolu

Ömrü uzatmağın 9 yolu
02.11.2018 23:00
Müasir dünyada insan sağlamlığını sarsıdan çoxlu amillər mövcuddur, həm də həyat ritmi bir çoxlarına sağlamlığı ilə tam mənada məşğul olmağa imkan vermir. Buna baxmayaraq, ömrü uzatmaq üçün sadə üsullar da var. 

Anews.az Medicina.az-a istinadən ömrü uzatmağın 9 sadə və faydalı yolunu təqdim edir:

Doyunca yatmaq

Lap çoxdan məlumdur ki, sağlam yuxu ömrü uzadır. Xroniki olaraq doyunca yatmayan insanların orqanizmi zəifləyir və müxtəlif xəstəliklərə meylli olur. Yaşlı adam orqanizmin gücünü bərpa etmək üçün gün ərzində orta hesabla 6-8 saat yatmalıdır.

Yuxunun keyfiyyəti də böyük rol oynayır. Dərin yuxuya getmək üçün hər gün otağı havalandırmaq və optimal yuxu qrafikiniə əməl etmək lazımdır.

Çay içmək lazımdır

Çay faydalı xassələrə malikdir və immuniteti möhkəmlədir. Ancaq alimlər tövsiyə edirlər ki, müxtəlif əlavələr qatılmış qeyri-adi çay içmək daha faydalıdır. Məsələn, qara və yaşıl çaya bal, koritsa, limon və ya mixək əlavə etmək olar. Söhbət məhz natural əlavələrdən gedir. Paketləşdirilmiş çaya isə əksər hallarda sintetik aromatik əlavələr qatılır.

Liftdən imtina etmək
 
Fiziki fəallıq - möhkəm sağlamlığın rəhnidir. Əgər tam mənalı idmanla məşğul olmağa vaxt yoxdursa, liftin xidmətindən imtina etmək və evdən çıxarkən, pilləkənlərdən istifadə etmək olar. Başlanğıc üçün sadəcə, pilləkənlərlə aşağı düşmək kifayətdir. Bu, qalxmaqdan xeyli asandır, amma elə qalxarkən hərəkətə gələn əzələlər qrupunu «oynadır».

Gözlərə istirahət vermək
 
Gözlərə istirahət lazımdır. Gözlər - mühüm hissiyyat orqanlarından biridir. Görməni qorumaq və gözlərə istirahət vermək gərəkdir. Heç olmasa, hər saatdan bir gözləri «örtmək» (məsələn, dəsmalla) lazımdır. Bundan başqa, əgər istirahət günlərində kompüterə ehtiyac yoxdursa, ümumiyyətlə? onu «açmaq» lazım deyil.

Sekslə məşğul olmaq

Seks ömrü uzadır. Alimlər bildirirlər ki, müntəzəm cinsi əlaqə ilə məşğul olan qadınlarda xromosomların qurtaracaq hissəsi («telomerı») sekslə məşğul olmayan qadınlarla müqayisədə uzun olur.

Məlumdur ki, «telomer»lər nə qədər uzun olsalar, qadınların həyatı və sağlamlığı da o qədər uzun çəkər. Bundan başqa, seks kişilərdə şəkərli diabet riskini 40 faiz aşağı salır və onların orqanizminin ümumi vəziyyətini 50 faiz yaxşılaşdırır.

Çoxlu ünsiyyətdə olmaq
 
Ünsiyyətdə olmaq ömrü uzadır. Tənhalıq depressiya yaradır ki, bu da ümumilikdə, insan sağlamlığına neqativ təsir göstərir. Özünü tənha hiss etməmək üçün təkcə çoxlu sayda dostun olması və ya dostlar kampaniyasının «qəlbi» olmaq vacib deyil. Həftədə 1-2 dəfə tanışına zəng vurmaq və onu gəzintiyə cəlb etmək kifayətdir. Bu, «özünüsırmaq» hesab olunmayacaq, nədən ki, ünsiyyət və təmiz havada gəzinti hər iki tərəfə fayda gətirəcək.

Meyvə-tərəvəz qəbul etmək

Meyvə-tərəvəz də ömrü uzadır. Meyvə-tərəvəzdə orqanizmin normal fəaliyyəti üçün lazım olan vitaminlər və metabolizmi yaxşılaşdıran maddələr olur. Gündəlik rasionuna meyvə-tərəvəz daxil edilən insanlar digərlərindən 60 faiz az ürək-damar xəstəliklərinə tutulurlar.

Bəziləri bunu, mümkün vitamin kompleksləri ilə əvəzləməyə cəhd göstərirlər, ancaq belə preparatlar yalnız həkim məsləhətindən sonra qəbul oluna bilər.

Çəkiyə nəzarət etmək

Çəkini sabit saxlamaq da ömrün uzanmasına kömək edir. Artıq çəki dünyada baş verən ölümlərin 10 başlıca səbəblərindən biridir. Ona görə, çəkiyə nəzarət etmək vacibdir ki, onun kritik həddə çatmasının qarşısı alınsın. Bu məsələdə sınaqdan keçmiş köməkçi - düzgün qidalanma, fiziki məşqlər və fəal həyat tərzi keçirməkdir.

Meditasiya etmək
 
Meditasiya ömrü uzadır. Stress ümumilikdə, orqanizmin vəziyyətinə neqativ təsir göstərir. Ona görə də düzgün «sakitləşməyi» bacarmaq lazımdır. Alimlər məsləhət görürlər ki, gün ərzində heç olmasa 1-2 saat evdə tam sakitlikdə keçirmək lazımdır. Meditasiya etmək və yoqa ilə məşğul olmaq da faydalıdır. Bu zaman sakitlik dözülməz olarsa, musiqiyə qulaq asmaq, oxumaq və ya rəqs etmək pis olmaz. Başlıcası - neqativ fikirlərdən xilas olmaqdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol