Bakı Şəhər İcra Hakimiyyətindən vurulan süpürgəçi ilə bağlı - Açıqlama

Bakıda faciəli şəkildə ölən qadını avtobus yolu süpürərkən deyil, yolu keçərkən vurub.
Bu barədə Anews.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib.
Qeyd edilib ki, Bəsti Dostəli qızı Eyvazova üç il əvvələ qədər Nizami rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 34 saylı Mənzil-Kommunal və Texniki Xidmət sahəsində çalışıb: "Bəsti Dostəli qızı Eyvazova 2015-ci ildən orada çalışmırdı”.
Qeyd edək ki, qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.
Hadisəni törədən sürücü saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























