• $
  • €
  • ₽
  • ₺
  • £

Proqramçıların sevimli müsabiqəsi başlayır

Proqramçıların sevimli müsabiqəsi başlayır
08.11.2018 17:52
"Barama FinTech Hackathon” yarışmasına start verildi

İnformasiya texnologiyaları sahəsində kreativ fikirləriniz, maraqlı ideyalarınız varsa, bu yarışma sizin üçündür! "Azercell Telekom” MMC-nin Barama İnnovasiya Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın dəstəyi ilə proqramçıların sevimli müsabiqəsi "Barama FinTech Hackathon” yarışmasına start verilir.   
                                         
Hackathon FinTech maliyyə məhsullarını inkişaf etdirmək və yeni texnologiyaları kəşf etmək üçün proqramçıları və dizaynerləri bir araya gətirir. Müsabiqə risklərin idarə edilməsi, ticarət, investisiya, şəxsi maliyyələr, "big data”, pərakəndə bankçılıq, tənzimləmə uyğunluğu, mobil ödənişlər və sosial sahədəki yenilikləri əhatə edir. Artıq ölkəmizdə altıncı dəfə təşkil olunan "Barama Hackathon”  müsabiqəsində iştirakçılar 36 saat ərzində proqramlaşdırmaq, öz ideyalarını həyata keçirmək və məhsullarını münsiflər heyətinə təqdim etmək imkanı əldə edəcəklər. Müxtəlif təcrübə və bacarıqlara malik 50 iştirakçı 24-25 noyabr 2018-ci il tarixdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində 3 nəfərdən ibarət komandalar şəklində bir araya gələrək müxtəlif sahələrdə mövcud problemlərlə bağlı həllər hazırlayacaqlar. 15 yaşdan yuxarı və texniki biliklərə malik olan hər kəs 21.11.2018-ci il tarixinə qədər http://hackathon.barama.az/ saytında qeydiyyatdan keçib, yarışmada iştirak edə bilər. Müraciət edən şəxslərə elektron poçt vasitəsilə təsdiq məktubu göndəriləcək, iştirakçılar müsabiqəyə qoşulmaq üçün məktuba cavab olaraq öz iştiraklarını təsdiq etməlidirlər. 
Qeyd edək ki, müsabiqənin media dəstəyi Technote Media-ya məxsusdur. 

Gənclərin öz innovativ fikirlərini həyata keçirməsinə və biznes qurmasına imkan yaradan "Azercell Telekom”  MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi artıq 9 ildir ki, uğurla fəaliyyət göstərir. Mərkəzin ölkəmizdə təşkil etdiyi yerli və beynəlxalq layihələr sahibkarlığa dəstək vermək, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən və yaranmaqda olan şirkətlərə kömək məqsədi daşıyır. 
 
 
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol