Bakıda izdiham yaşandı -VIDEO

Bakıdakı "28 Mall” ticarət mərkəzində Rusiyada yaşayan məşhur azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənovla görüş keçirilib.
"Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, görüşə Həsənovun xeyli sayda pərəstişkarı, xüsusilə gənclər toplaşıb.
Çoxlu sayda insanın bir yer cəmləşməsi basabasa və təşvişə səbəb olub.
Qeyd edək ki, Rusiyanın ən populyar videoblogerlərindən olan Hüseyn Həsənov Sankt-Peterburqda anadan olub, bu şəhərin iqtisadiyyat universitetinin iqtisadiyyat və maliyyə fakültəsini bitirib. Restoran biznesinə sahibdir.
www.anews.az
























