• $
  • €
  • ₽
  • ₺
  • £

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE

Abel Məhərrəmovu əvəzləyən İradə Əliyeva kimdir? - DOSYE
17.11.2018 09:10
Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinin icrası müvəqqəti olaraq tədris işləri üzrə prorektor İradə Əliyevaya həvalə edilib.
 
Bu hada məlumatı Təhsil Nazirliyinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov təsdiqləyib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 15-də imzaladığı sərəncamla Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov vəzifəsindən azad edilib.

Bəs rektor vəzifəsinin icraçısı olan İradə Əliyeva kimdir?

 
İradə Əliyeva 1959-cu il oktyabr ayının 23-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinin əyani şöbəsində (rus bölməsində) təhsil alıb. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra gənc mütəxəssis kimi təyinatla Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və fiziki kimya İnstitutuna işə göndərilib.

İradə Əliyeva 1981-1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və fiziki kimya İnstitutunda böyük laborant işləyib. 1983-cü ildə Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasının əyani aspiranturasına daxil olub və 1986-cı ildə namizədlik dissertasiyası müdafiə edib.
1986-1992-ci illərdə Bakı Dövlət Universitetinin Molekulyar Biofizika Elmi-Tədqiqat laboratoriyasının kiçik elmi işçisi, 1992-1995-ci illərdə elmi işçisi, 1995-1997-ci illərdə böyük elmi işçisi, 1997-2002-ci illərdə aparıcı elmi işçisi, 2002-2006-cı illərdə baş elmi işçisi olub.

2002-2006-cı illərdə BDU-nun Fizika problemləri elmi-tədqiqat institutunun Nəzəri fizika şöbəsinin baş elmi işçi, 2006-2011-ci illərdə Bakı Dövlət Universitetinin Elmi tədqiqat hissəsinin rəisi işləyib.

26.05.2011-ci il tarixindən Bakı Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışır.
2000-ci ildə Biofizika ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün "Bioloji sistemlərdə üzvi və qeyri-üzvi təbiətli ionları bağlayan maddələrin quruluş-funksiya xüsusiyyətləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2006-cı ildə Biofizika ixtisası üzrə professor elmi adı alıb.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2009-cu il oktyabr ayının 30-da Prezidentin sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif olunub. 

Ailəlidir, iki övladı var.



modern.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol