• $
  • €
  • ₽
  • ₺
  • £

"Nar"-ın sərfəli internet qiymətləri müştəri loyallığı indeksini artırır

"Nar"-ın sərfəli internet qiymətləri müştəri loyallığı indeksini artırır
22.11.2018 17:24
Müstəqil araşdırma şirkəti tərəfindən aparılmış sorğunun nəticələrinə əsasən, "Nar” mobil internet istifadəçilərinin sayında və müştəri məmnuniyyətində sürətli artım müşahidə olunur. Son 10 ayda müştəri loyallığı indeksi 20%, internet məmnuniyyəti indeksi isə 23% artıb. Abunəçilərin fikrinə əsasən, "Nar” ən yaxşı internet qiymətləri təklif edən mobil operatordur. 

"Nar” ölkə ərazisi boyunca 3G, 4G və LTE-A şəbəkəsini genişləndirməklə, abunəçilərə sərfəli qiymətə yüksək keyfiyyətli mobil internet paketlərini təqdim etməklə müştəri loyallığı indeksinin artımına müvəffəq olub. Bundan başqa, paytaxtla yanaşı, ölkənin regionlarına göstərdiyi diqqətilə seçilən "Nar”, bölgələrdə ən ucuz mobil rabitə xidmətini təqdim edib və bununla da paytaxt sakinləri ilə yanaşı, bölgə abunəçilərinin loyallığını qazanıb. 

Araşdırmanın nəticələrinə əsasən, mobil internetin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri  arasında istifadə etməsi, eləcə də tarif və qiymətlərin müxtəlifliyi və əlverişliliyi amillərinə görə "Nar” müştəri loyallığı indeksi yüksək nəticə göstərir. 

Bundan başqa, nar.az internet səhifəsində olan şəxsi kabinetlər, eyni zamanda "Facebook”, "Twitter” və digər sosial şəbəkələr üzərindən abunəçilərə göstərilən yüksək xidmətlər də müştəri məmnuniyyətini artırıb. 

Ötən ilin 2-ci rübündə keçirilən mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticə göstərib. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.  

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.  "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olumuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol