• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət Komitəsindən 20 yaşlı qızın qətli ilə bağlı AÇIQLAMA

Dövlət Komitəsindən 20 yaşlı qızın qətli ilə bağlı AÇIQLAMA
24.10.2014 23:39
Pərvanə Nuriyevanın bacısının başını kəsməsi məişət zorakılığının bir formasıdır. Bu faciənin arxasında ailədə yaşanan problemlər dayanır, onlar araşdırılmalıdır. Vaxtında müraciət olunmalıdır ki, bu cür hallar baş verməsin.Bunu Publika.az-a açıqlamasında ötən gün baş verən cinayətə münasibət bildirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.Onun sözlərinə görə, zorakılıqla qarşılaşan şəxslər, yaxud ailənin digər üzvləri həmin məqamda müvafiq qurumlara müraciət etməlidirlər.“Zorakılığın ağır dərəcəsinə çatmamaq üçün profilaktika aparılmalıdır. Bunun üçün də ailə üzvləri vaxtında müraciət etməlidirlər. Yerli icra hakimiyəti orqanları tərəfindən həmin şəxslər qeydiyyata götürülməli idi. Sonuncu hadisə ilə bağlı ailənin içərisində nələr baş verdiyini hüquq mühafizə orqanları araşdırır. Qətlə yetirilən qızın müraciəti olsaydı, onun müdafiəsi təşkil edilə bilərdi. Hətta həmin şəxslərə psixoloji yardım göstərilərdi. İnsanlar bəlkə də, məlumatsızlıqdan, ya da istəmədiklərinə görə, psixoloji xidmətdən imtina edirlər. Ancaq münasibətlərin aydınlaşdırılmasında psixoloji xidmətin təsiri böyükdür, nəinki əməlin cəzalandırılması”.T.İbrahimova onu da vurğuladı ki, ölkədə 7 qeyri-dövlət yardım mərkəzləri var. Həmin mərkəzlər zorakılıqdan əziyyət çəkmiş qadın və uşaqlara yardım göstərirlər."Həmin mərkəzlərin bir qismində sığınacaqlar var. Məişət zorakılığı ilə qarşılaşanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında ünvanları yerləşdirilmiş həmin mərkəzlərə müraciət edə bilərlər. Orada qalan şəxslər 2 ay qalır və bütün xidmətlərlə təmin edilir. Eyni zamanda, dövlət yardım mərkəzlərinin yaradılması da planlaşdırılır”.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol