• $
  • €
  • ₽
  • ₺
  • £

İş axtaranlara şad xəbər

İş axtaranlara şad xəbər
24.11.2018 22:21


Noyabrın 24-də Bakı Biznes Mərkəzində turizm və qonaqpərvərlik sahəsində ilk ixtisaslaşmış əmək yarmarkası təşkil edilib.

FED.az xəbər verir ki, açılışda "DAİR” Otellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi çıxış edərək əmək yarmarkası barədə məlumat verib. Bildirib ki, yarmarka assosiasiyasının təşəbbüsü, Dövlət Turizm Agentliyinin və Azərbaycan Hotellər Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirilir. Tədbirin tərəfdaşları qismində Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti, "Logix”, "Kaffadan”, "Xonca Kitchen”, "Nova.Net” şirkətləri çıxış edirlər.

Qeyd edib ki, layihə turizm və qonaqpərvərlik sənayesində əmək bazarı iştirakçılarının və təhsil müəssisələrinin işəgötürənlərlə daha çevik və səmərəli əlaqələrinin qurulmasına töhfə verən biznes platforması rolunu oynayır. Əmək yarmarkası işəgötürən şirkətlər üçün mövcud vakansiyaların elan edilməsi, əmək resurslarının ehtiyat bazasının yenilənməsi, vəzifə təlimatlarının, əmək şəraitinin, peşə standartlarının geniş kütləyə elan edilməsi və iş axtaranlarla birbaşa müsahibə keçirməyə şərait yaradacaq.

Yarmarkada turizm, qonaqpərvərlik və xidmət sahələrini təmsil edən 115 biznes subyekti tərəfindən 280-dən artıq vakansiya elan edildiyini deyən Samir Dübəndi bildirib ki, iştirakçılar sırasında "KFC”, "Saffron Restaurant Group”, "Gilan Hospitality”, "Absheron Hotel Group”, "145 Restaurant Group”, "JW Marriott Absheron Hotel”, "Hyatt Regency Baku Hotel”, "Four Seasons Hotel Baku”, "MyBrands”, "Pullman Hotel Baku”, "New Era Travel”, "Baku Hospitality Group”, "Rama Service” , "PASHA Travel” və digər şirkətlər təmsil olunurlar. S.Dübəndi tələbələrin, gənclərin əmək yarmarkasında özlərinə müvafiq iş tapacaqlarına ümidvar olduğunu ifadə edib.
Sonra tədbir iştirakçıları yarmarka ilə tanış olublar.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol