• $
  • €
  • ₽
  • ₺
  • £

“Telko məzmun doğma dildə"

“Telko məzmun doğma dildə"
03.12.2018 17:00
Azercell şirkəti Yüksək Texnologiyalar Parkının KİV nümayəndələri üçün təşkil etdiyi infosessiyada iştirak edib

 

Müasir texnoloji yenilikləri Azərbaycanın rabitə bazarında uğurla tətbiq edən "Azercell Telekom” MMC Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC-nin KİV nümayəndələri üçün təşkil etdiyi "Texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılması" adlı info-sessiyaya da öz dəstəyini verib. Tədbiri açan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli texnoloji mövzuların kütləvi informasiya vasitələrində işıqlandırılmasının əhəmiyyətli bir məsələ olduğunu və bununla bağlı işlərin görülməsinin zəruriliyini vurğulayıb,cəmiyyətin diqqətini intellektual movzulara yönləndirilməsi və ümumiyyətlə intellektual dəyərlərin, kontentin təbliğatına dair bütün mediani səfərbər olmağa cağırıb.

 

"Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya tədbirdə iştirak edərək, "Telko məzmun doğma dildə; KSM Telko prizmasından" təqdimatı ilə çıxış edib, telekommunkasiyaya aid keyfiyyətli məzmunun Azərbaycan dilində yaradılması və yayımı, eləcə də internet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq mövzularında məruzə edib. Nigar Şıxlinskaya şirkətin bu yöndə həyata keçirdiyi layihələrdən və innovativ təşəbbüslərindən söz açıb, kommunikasiya sahəsində  təcrübəsini media nümayəndələrilə bölüşüb. Həmçinin şirkət tərəfindən 2017-2018-ci illərdə Azercell-in telekommunikasiya sahəsində həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət və "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq" mövzusuna dair layihələrindən də bəhs edib.

 

Tədbirdə iştirak edən digər məruzəçilər – Barama Media şirkətinin direktoru Aynur Kərimova və Technote.az layihəsinin rəhbəri Fərid Pərdəşünas texnoloji məsələrlə bağlı informasiyanın ötürülməsində etibarlı mənbələrdən istifadə etməyin nə qədər önəmli olduğunu və bu tip xəbər yayımlarında yeni metodlardan istifadənin vacibliyini dilə gətiriblər. Həmçinin KİV vasitələrində xəbər yayımlarının yeni metodlarından, az müddətdə daha çox informasiya verməyin yollarından bəhs ediblər.

 

Məlumat üçün bildirək ki, Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC media nümayəndələrinə yardımçı olmaq məqsədilə texnoloji terminlərin izahı ilə bağlı lüğət hazırlayıb. Lüğət seminar iştirakçılarına da təqdim edilib. Seminar info-sessiya məruzəçiləri ilə KİV nümayəndələri arasında sual-cavabdan ibarət maraqlı müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, Azercell Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edir. İki qurum arasında imzalanan memoranduma əsasən YT Park ilə Azercell arasında elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşların ixtisas səviyyəsinin artırılması məqsədilə təlimlərin təşkil edilməsi, elmi-texniki innovasiya sahəsində əməkdaşlıq edilərək, müştərək layihələrin hazırlanması nəzərdə tutulub. Bundan əlavə mütəxəssis hazırlığında gənc kadrların motivasiya edilməsi və gənc startapçıların yetişdirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir.

 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol