• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-dan “Samsung Galaxy Note 9” qazanmaq fürsəti

“Nar”-dan  “Samsung Galaxy Note 9” qazanmaq fürsəti
04.12.2018 15:30
"Nar” "BakuTel-2018” - 24-cü  Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində iştirak edir. Hər zaman yenilikləri və innovativ addımları ilə seçilən "Nar” sərgidə yenilənmiş brendi ilə ən böyük stendlərdən birində  öz məhsullarını təqdim edir. Dörd gün davam edəcək sərgi müddətində iştirakçılar həm "Nar” məhsulları ilə tanış olacaq, həm müxtəlif hədiyyələr qazanacaq, həm də əyləncəli müsabiqələrdə iştirak edə biləcəklər. 

Dörd gün ərzində "Nar” stendini ziyarət edənlər texnoloji yeniliklərlə tanış olmaqla yanaşı, müxtəlif müsabiqələrdə iştirak etməklə hədiyyələr qazanacaqlar. Sərgi günlərində abunəçilər "Nar” məhsulları ilə tanış olduqdan sonra xüsusi müsabiqədə iştirak etməklə, müasir smartfon - "Samsung Galaxy Note 9” qazana bilərlər. Qeyd edək ki, müsabiqənin qalibi sərginin sonuncu günü elan ediləcək. 

"Nar” stendinin qonaqlarına ilk dəfə mobil operatorun yeni məhsulları olan "Nar TV” və "Nar Wi-Fi” ruteri təqdim olunacaq. "Nar”-ın ən son məhsulları ilə həm əyani tanış olmaq, həm də sınaqdan keçirmək mümkün olacaq. Bundan başqa, ziyarətçilər mobil operatorun yüksək keyfiyyətli 4G sürətini test edə biləcək. Sərgidə abunəçilərə "Nar”-ın sərfəli qiymətlərə təklif etdiyi "Full” paketləri haqqında geniş danışılacaq. 

Qeyd edək ki, Bakı Ekspo Mərkəzində keçirilən "BakuTel-2018” - 24-cü Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi 4-7 dekabr tarixlərində, saat 10:00-dan 18:00-dək davam edəcək. 
"Nar” hər kəsi öz stendinə dəvət edir.  

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol