• $
  • €
  • ₽
  • ₺
  • £

Elşad İskəndərova XİN-də yeni vəzifə verildi

Elşad İskəndərova XİN-də yeni vəzifə verildi
04.12.2018 17:28
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibi Dr. Yusif bin Əhməd Əl-Useymin bu gün İƏT-in Ciddədəki Baş Qərargahında səfir Elşad İskəndərovu İƏT Gənclər Forumunun sədri səlahiyyətlərinin başa çatması münasibətilə qəbul edib.

Bu barədə Anews.az- İƏT-in Gənclər Forumunun Bakı ofisindən bildirilib.

Görüşdə E. İskəndərovun İƏT Gənclər Forumunun qurucusu və son 4 ildə Forumun sədri kimi fəaliyyətlərini yüksək qiymətləndirən İƏT Baş Katibi həmçinin İƏT Gənclik Strategiyası, İƏT Gənclik Paytaxtları, İƏT Modeli kimi layihələrin, İƏT Gənclər Forumunun beynəlxalq sülh, İslam həmrəyliyi və mədəniyyətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş fəaliyyətlərin uğurla həyata keçirilməsində şəxsi səy və əməyinə görə Azərbaycanlı diplomata İƏT adından səmimi təşəkkürünü bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunması münasibətilə Elşad İskəndərovu təbrik edən Baş Katib Əl-Useymin, bunu Azərbaycanın İƏT və İƏT qurumları ilə əməkdaşlığına verdiyi yüksək qiymət kimi qiymətləndirib. Azərbaycanın İƏT üçün vacib ölkə olduğunu qeyd edən İƏT Baş Katibi, İƏT Gənclər Forumunun təşkilatın Məşvərət Şurasına yaxın 2 ildə azərbaycanlı diplomatın sədrlik edəcəyi haqqında qərarını məmnunluqla qarşıladığını və hər iki sahədə onunla əməkdaşlığa hazır olduqlarını bildirib.

Qeyd edək ki, 22-24 oktyabr 2018-ci ildə İƏT Gənclər Forumunun İstanbulda keçirilən 3-cü Baş Assambleyasında səlahiyyət müddəti başa çatan səfir Elşad İskəndərov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İƏT və İƏT qurumları ilə əməkdaşlığına məsul Xüsusi Tapşırıqlar üzrə səfiri vəzifəsinə təyin olunub. Eyni zamanda E.İskəndərov Baş Assambleyanın qərarına əsasən qurumun İƏT üzv ölkləri hökümətləri ilə fəaliyyətlərini əlaqələndirəcək Məşvərət Şurasının sədri vəzifəsinə də təyin 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol