• $
  • €
  • ₽
  • ₺
  • £

2018-ci il hansı hadisələrlə yadda qaldı? - SİYAHI

2018-ci il hansı hadisələrlə yadda qaldı? - SİYAHI
11.12.2018 15:40
2018-cı ilin başa çatmasına sayılı günlər qalıb. Bəs başa çatmaqda olan il hansı sosial-siyasi hadisələrlə yadda qaldı? Anews.az olaraq bu hadisələrə nəzər salmaq istəyirik:
 

1. Bu ilin yadda qalan hadislərindən biri prezident seçkiləri oldu. İlham Əliyev yenə də Azərbaycan Rrespublikasının prezidenti seçildi. 
 


2. Daha bir yadda qalan olay isə Artur Rəsiz-zadənin baş nazir vəzifəsindən getməsi və həmin posta Novruz Məmmədovun təyinatı  oldu.
 


3. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun baş nazir müavini vəzifəsinə təyin olunması da bu il maraq doğuran hadisələrdən biridir.


 
4. Xoş hadisələrlə yanaşı bu il üzücü olaylar da yaşanıb. Bunlardan biri Səməd Vürğün adına Rus Dram Teatrının aktyoru Fuad Poladovun vəfatıdır. Xalq artisti 69 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Fəxri Xiyabanda dəfn olunmaması cəmiyyətdə ciddi müzakirələrə səbəb oldu. 


 
5. Təəssüf ki, ölkənin elektriksiz qalması da bu ilin yadda qalan hadisələrindən biri idi.  İyulun 2-dən 3-ə keçən gecə Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İstilik Elektrik Stansiyasında qəza baş verdi. Nəticədə metronun işi iflic oldu, xəstəxanalarda gərgin durum yaşandı. Bununla bağlı dövlət başçısı müşavirə keçirdi. Dövlət Komissiyası yaradıldı və araşdırma aparıldı. Həmin hadisənin üstündən 5 aydan çox zaman keçsə də araşdırmanın nəticələri sona qədər əhaliyə bəlli olmadı.

 

 
6. Həmin ərəfədə, yəni iyulun 3-də Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədildi. Başından yaralanan icra başçısı uzun müddət müalicə aldı. Bu hadisə ölkədə böyük əks-səda doğurdu. Bir qism ekspertlər bu hadisənin kökündə sosial ədalətsizlik və icra başçısının qanunsuz fəaliyyəti ilə əlaqələndirsələr də hüquq mühafizə orqanları  islamçı adlandırılan şəsxlərin günahkar olduğunu bildirdilər. 
 
 
7. Bir digər üzücü hadisə isə sabiq Müdafiə Sənayesi naziri Yavər Camalovun vəfat etməsidir. Nazir postuna hələ ki, təyinat yoxdur.
 
 
 
8. 2018-ci ildə həmçinin Baş nazir Artur Rasizadə, Baş nazirin müavini Abid Şərifov, Diaspora iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, "Azərenerji" prezidenti Etibar Pirverdiyev, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov kimi yüksək vəzifəli məmurlar vəzifələrindən azad olunub.
 

9. Bu il Azərbaycan peşəkar repinin banisi Anar Nağılbaz vəfat edib. 44 yaşında dünyasını dəyişən A.Nağılbazın uzun müddət xəstəlikdən əziyyət çəkdiyi deyilirdi.


 
10. Prezident İlham Əliyevin oğlu Heydər Əliyev hərbi xidmətə yollanıb. Prezidentin oğlunun bu cür nümunəvi addımından sonra Dövlər Sərhəd Xidməti rəisi general-polkovnik Elçin Quliyevin oğlu da hərbi xidmətə gedib.
 


11. Bu il Azərbaycan incəsənətinə daha bir ağır itki üz verib. Belə ki, xalq artisti Amaliya Pənahova xərçəngdən dünyasını dəyişib.



12. Sosial şəbəkələrdə və mediada Xarici İşlər Naziri Elmar Məmmədyarovun Türkiyədəki çıxışı müzakirə olunan məsələlərdən olub. Belə ki, sosial şəbəkələrdə yayılan videoda nazir azərbaycan dilində fikirlərini ifadə etməkdə çətinlik çəkdiyi diqqətdən yayınmayıb.
 

13. 20 ilə yaxın BDU-nun rektoru vəzifəsində çalışmış Abel Məhərrəmovda bu il vəzifəsini itirənlər sıyahısındadır. Keçmiş rektorun işdən çıxarılması son günlərdə geniş müzakirə olundu. Belə ki, oğlunun səfir olduğu İspaniyaya səfəri çərçivəsində akademikin spirtli içki qəbul edərək, lazımsız söhbətlər aparması, təyyarəyə 2 ton şərab vurdurması ilə bağlı məlumatlar yayıldı. İddia olundu ki, məhz bu davranışları A.Məhərrəmovun karyerasının bitməsinə səbəb oldu. 

 
Minirə Qubatova
 
 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol