• $
  • €
  • ₽
  • ₺
  • £

Hafiz Məmmədov qayıdır

Hafiz Məmmədov qayıdır
22.10.2014 12:31
Hafiz Məmmədovun "Bank of Azerbaijan" ASC-nin İdarə Heyətinə qayıtması ilə əlaqədar bankın rəhbərliyində yeni dəyişikliklər gözlənilir.Bank dairələrindəki mənbələrin Trend-ə verdiyi məlumata görə, hazırda "Bank of Azerbaijan"ın gələcəkdə fəaliyyətini bərpa etmək məqsədi ilə banka səhmdarların cəlb edilməsi üzrə danışıqlar aparılır. "Bank of Azerbaijan"da dəyişikliklərlə bağlı yaxın gələcəkdə bankın Müşahidə Şurasında müzakirələr aparılacaq.Hərçənd "Bank of Azerbaijan" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın İdarə Heyəti və Müşahidə Şurasının tərkibi 2014-cü ilin mayında təsdiq olunub. Səhmdarların yığıncağının qərarı ilə İsmayılov Mehman Məmməd oğlu bankın Müşahidə Şurasının sədri seçilib. O bu vəzifədə Hafiz Məmmədovu əvəzləyib. Şuranın tərkibinə, həmçinin Cavadov Cavid Yusif oğlu və Əliyev Araz İsmayıl oğlu daxil olublar.Aslanov Məhəmmədəli Mahir oğlu İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən, Orucov Fərid Eldar oğlu və Orucov Fərid Temraz oğlu İdarə Heyəti sədrinin müavinləri, Kərimov Elşad Oqtay oğlu və Xəlilov Nicat Nizami oğlu isə İdarə Heyətinin üzvü seçiliblər.Bankın rəhbərliyində dəyişikliklərə baxmayaraq, səhmdarların tərkibində heç bir dəyişiklik olmayıb. Həmişəki kimi bankın səhmdarları 3 fiziki şəxs (Kənan Məmmədov, Sənan Məmmədov və Mübariz Məmmədov) və 1 hüquqi şəxsdir ("NEM" Holdinq).Azərbaycan Mərkəzi Bankı "Bank of Azerbaijan"da maliyyə çətinlikləri ilə əlaqədar lisenziyanın etibarlılığını məhdudlaşdırıb və hazırda bankın əmanətlər cəlb etməyə icazəsi yoxdur.Bankdan məsələ ilə bağlı fikir öyrənmək mümkün olmayıb.Qeyd edək ki, Hafiz Məmmədov həm də Azərbaycan Premyer Liqasında çalışan "Bakı" klubunun prezidentidir.ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol