• $
  • €
  • ₽
  • ₺
  • £

Fədayə Laçınla birlikdə həbs olunan avtoritet son söz dedi

Fədayə Laçınla birlikdə həbs olunan avtoritet son söz dedi
17.12.2018 12:47
Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Anar Əsgərov sözü olmadığını deyərək çıxışdan imtina edib.

İsrafil Soltanov özünü qismən təqsirli bildiyini deyib:

"Mən, əslində, nə baş verdiyini bura gələndən sonra bilmişəm. Sadəcə, Etibargil Biləcəridə gəlib mənim maşınıma miniblər. Mənim ikinci qrup əlil olmağımı, iki azyaşlı övladımın olmasını nəzərə almağınızı istəyirəm. Bilirəm, bu iş çox səs-küylüdür. Amma xahiş edirəm, səs-küyü yox, ədaləti əsas götürüb hökm çıxarasınız. Az da olsa, özümü günahkar bilirəm”.

Tərlan Zeynalov isə özünü cinayəti bilib gizlətməkdə təqsirli bilib:

"304-cü maddə ilə günahım yoxdur, mən adam qaçırmamışam. Etibar qaçıb mənim yanıma gəlib. Onu sonuncu dəfə 2015-ci ildə qardaşımın toyunda görmüşəm. Ondan sonra heç bir əlaqəm olmayıb. Qaçıb yanıma gəlib, pul istəyib, vermişəm. Onun həbsdə olduğunu bilirdim, amma niyə tutulduğunu bilmirdim”.

Əli Ağami isə son sözündə peşman olduğunu deyib:

"Günahım var, qaçmışam. Amma bu camaata görə peşmanam. Tək mən tutulsaydım, bəlkə də, peşman olmazdım. Sadəcə, burada oturan adamlara görə peşmanam”. 

Proses dekabrın 24-də davam etdiriləcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol