• $
  • €
  • ₽
  • ₺
  • £

Minsk Rusiyaya görə xarici siyasətini dəyişəcək

Minsk Rusiyaya görə xarici siyasətini dəyişəcək
17.12.2018 21:30
Rəsmi Minsk Rusiyanın "vergi manevrləri”nə görə dövlətin xarici siyasətini təkrar formalaşdırmağa hazırdır.

Oxu.Az  BELTA agentliyinə istinadən xəbər verir ki, bunu 2019-cu ilin büdcə haqqında qanun layihəsi ilə tanış olan Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

Belarus liderinin sözlərinə görə, ölkə büdcəsində iri məbləğdə  - 400-500 milyon dollar civarında maliyyə çatışmazlığı var. 

"Ancaq biz müəyyən dərəcədə xarici və daxili siyasətimizi yenidən təşkil etməyə məcbur olacağıq, xüsusilə maliyyə məsələsində”, - deyə Belarus prezidenti bildirib.

Lukaşenko ölkə rəhbərliyinin bütün maliyyə problemlərini həll edəcəyinə əmin edərək, vətəndaşları narahat olmamağa çağırıb.

"Burada  - suveren, müstəqil Belarusda müəyyən edəcəyimiz istiqamətdə inkişaf etməyə davam edəcəyik”, -deyə Lukaşenko vurğulayıb.

2018-ci ilin yay aylarında Rusiya Dövlət Duması neft sektorunda vergi manevrinin tədricən başa çatdırılması haqqında qanun qəbul edib. Bununla əlaqədar Belarusa nəql olunan neft dünya qiymətləri ilə hesablanacaq. Həmin vaxt Lukaşenko Moskvanın bu addımından hiddətlənərək, onu ölkələrarasında inteqrasiya prosesini pozma cəhdi kimi qiymətləndirmişdi. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol