• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada dünya çempionunu öldürən azərbaycanlıya - Ağır cəza

Rusiyada dünya çempionunu öldürən azərbaycanlıya - Ağır cəza
20.12.2018 12:02
Xabarovsk məhkəməsi Rusiyada pauerliftinq üzrə dünya və Avropa çempionu olan Andrey Draçevi qətlə yetirən Anar Allahverənovla bağlı qərar çıxarıb. 

Oxu.Az "Ren” TV-yə istinadən xəbər verir ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmədə son sözlə çıxış edən Allahverənov dünya çempionunun ailəsindən üzr istəyib.

Məhkəmə onu Draçevin ölümündə təqsirli bilib. 

"Məhkəmə Allahverənov Anar Əliyar oğlunu xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirli bilib və onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib”, - hakim bildirib. 

Xatırladaq ki, 20 avqust 2017-ci ildə Xabarovskda yerləşən kafelərin birinin qarşısında Draçovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında dava düşüb. İstintaq versiyasına görə, təqsirləndirilən şəxs zərərçəkənin baş və bədən nahiyəsinə azı 21 yumruq və təpik zərbəsi endirib.

Zərbələrdən sonra zərərçəkən aldığı travmalardan yerə yıxılıb və huşunu itirib. Təqsirləndirilən şəxs yerdə beliüstə uzanan zərərçəkənin baş nahiyəsinə daha beş zərbə endirib. Aldığı xəsarətlərdən idmançı xəstəxanada dünyasını dəyişib.

Məhkəmə hadisədən bir ay sonra polisə təslim olan A.Allahverənov barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. Məhkəmədə onun maraqlarını dörd vəkil müdafiə edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol