• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid qızından oğruya məktub — VİDEO

Şəhid qızından oğruya məktub — VİDEO
20.12.2018 22:47
İkinci Fəxri Xiyabanda Aprel şəhidi mayor Urfan Vəlizadənin qəbrinin yanına çatanda şəhidin qızı Zəhranın anasına dediyi ilk sözlər belə oldu: "Nə əcəbsə, gülləri oğurlamayıblar”.
Anews.az real tv-yə istinadla bildirir ki, Zəhra ona görə təəccüblənmişdi ki, hər dəfə ailəsi ilə qəbri ziyarət etməyə gələndə güllərin oğurlandığını görürdü. Son oğurluq hadisəsindən sonra Zəhranın balaca ürəyi buna dözməyib və oğruya məktub yazıb.
Məktubu ilk görən şəhidin həyat yoldaşı Könül Vəlizadə olub. O deyir ki, qızının oğruya yazdığı sözləri oxuyanda bir anlıq şok vəziyyətinə düşüb.
Şəhidin digər qızı 3 yaşlı Bətülün əslində nələrin baş verdiyindən xəbəri yoxdur, hələ başa düşmür. Özü üçün oynayır, gülür, yağan yağış damlalarını balaca əlləri ilə tutmağa çalışır. Zəhra isə bacısının da yerinə oğruya demək istədiyi sözləri dedi.
İkinci Fəxri Xiyabanda olan mollalar da dəfələrlə oğurluq hadisənin olduğunu, onların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduğunu bildirdilər.
Könül Vəlizadə baş vermiş hadisə ilə əlaqədar Yasamal rayonu 28-ci polis bölməsinə müraciət edib. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Faktla bağlı araşdırmalara başlanılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol