Bakıda iki nəfər güllələndi - DİN məlumat yaydı

Daxili İşlər Nazirliyi Keşlədə baş verən güllələnmə ilə bağlı məlumat yayıb.
Z.İsmayılov tutulub, silahı evdən götürülüb.
www.anews.az
Nazirlikdən Anews.az-a verilən məlumata görə, dekabrın 27-də saat 23 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Zaur İsmayılov odlu silahdan açdığı atəşlə "Hyundai” markalı avtomobili idarə edən Tural Babayevə və sərnişini Asif Bağırova xəsarət yetirib hadisə yerini tərk edib. Nəticədə xəstəxanaya yerləşdirilmiş T.Babayev ölüb, A.Bağırovun isə vəziyyəti orta-ağırdır.
Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gəlib və cinayəti törədərkən istifadə etdiyi "AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















