• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar radarlardan şikayətləndilər

Deputatlar radarlardan şikayətləndilər
17.10.2014 23:46
Milli Məclisin iclasında “Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.  Dəyişikliyə əsasən bundan sonra nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən müvafiq icra hakimiyyəti orqanına göndərilən məlumat sırasına fiziki şəxslər qeydiyyatda olduqları və yaşadıqları ünvanı, mobil telefon nömrəsini və olduğu halda elektron ünvanını və sürücülük vəsiqəsinin nömrəsini, hüquqi şəxslər isə nəqliyyat vasitəsinin idarə olunmasını həvalə etdikləri şəxsin müvafiq məlumatlarını da əlavə etməlidir. Digər dəyişikliyə görə, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun.  İqbal Ağazadə millət vəkillərinin avtomobillərinin yollarda elektron radara düşməsindən və buna görə cərimələr tətbiq olunmasından şikayətlənib: “Konstitusiyaya görə, millət vəkilinə inzibati cəza tətbiq oluna bilməz. Ancaq avtomobili satarkən, dəyişərkən Dövlət Yol Polisinin əməkdaşları bildirirlər ki, bu avtomobilin 10 min manatlıq, 20 min manatlıq cəriməsi var, ödənməlidir. Deyəndə ki, bunun üçün inzibati protokol yazmalısan, imtina edir. Qanunla Konstitusiya arasında bu ziddiyyət aradan qaldırılmalıdır. Millət vəkilləri bəzən tədbirlərə tələsir, istər-istəməz avtomobillərin elektron radarlara düşməsi hallarına rast gəlinir”.  Ərəstun Cavadov da radarlardan şikayətlənib: “Hər ay 1000 manata yaxın radara görə cərimə ödəyirəm. Təkcə İsmayıllıya gedəndə gərək 150-200 manat cərimə ödəyim”.  Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini Siyavuş Novruzov isə hamının qanuna əməl etməli olduğunu vurğulayıb: “Ortaya hansısa problemlər çıxarsa, millət vəkilinin mülkiyyəti, maşını toxunulmazdır. Ancaq məhkəmənin qərarından sonra bu, mümkün olar. Milli Məclisdə nəqliyyat vasitəsi ilə parlament rəhbərliyi və komitə sədrləri rəsmən təmin olunur. Ona görə də yol polisi bilmir ki, maşının içərisində gedən avtomobilin nömrəsi kimin adınadır. Biri qayınanasının, biri kiminsə adınadır. Millət vəkillərinin istifadə etdiyi avtomobillərin nömrələri toplanıb Milli Məclisə təqdim olunsun, Milli Məclis də Dövlət Yol Polisinə təqdim etsin ki, onlar da bunu nəzərə alsınlar. İstənilən halda deputatların statusunu pozmaq olmaz”.  Z. Əsgərov isə qeyd edib ki, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dövlət nömrələrini bilir: “Ancaq yol polisi haradan bilsin ki, 120 avtomobil hansısa tədbirə tələsir. Ona görə də yaxşı olar ki, millət vəkilləri qayda-qanuna riayət etsinlər, qaydalar pozulmasın”. İ. Ağazadə yenidən söz alaraq deyib ki, söhbət Konstitusiya ilə qanunlar arasında ziddiyyətin aradan qaldırılmasından gedir: “Yoxsa biz kimdənsə sədəqə istəmirik, yaxud qayda pozanda demirik ki, yol polisi hörmət etsin”.  Z. Əsgərov cavab olaraq bəyan edib ki, əslində Konstitusiya ilə qanunlar arasında heç bir ziddiyyət yoxdur: “Konstitusiyanın 90-cı maddəsində deputata məhkəmə qaydasında inzibati tənbeh tədbirlərinin tətbiq olunmamasından söhbət gedir. Ancaq yol polisi protokol da tərtib edə, deputatları cərimələyə də bilər. Ona görə də bu məsələyə nöqtə qoyaq”.   Fəzail Ağamalı bildirib ki, deputatların radarlarla bağlı problemi var və bu problemin həlli istənilir: “Ziyafət müəllim, sizin avtomobilin dövlət nömrə nişanı var, ancaq deputatların əksəriyyətinin dövlət nömrə nişanı yoxdur. Problem bildirildi, siz də buyurun, çıxış yolu təqdim edin”.  Layihə səsverməyə çıxarılaraq qəbul olunub.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol