• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda özünü öldürən polisin intihar səbəbi bilindi

Bakıda özünü öldürən polisin intihar səbəbi bilindi
12.01.2019 11:32


Ötən gün Nərimanov rayonu ərazisində Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin əməkdaşı intihar edib. O, iş yoldaşına həyatdan bezdiyini deyib. 

Saat 16.00 radələrində banklardan birinə məxsus ofisdə 1984-cü il təvəllüdlü İlkin Sudeyf oğlu Tapdıqov tabel silahı ilə başına güllə ilə vurub. Hadisə vaxtı ofisdə digər polis əməkdaşı da olub. Qeyd edək ki, polisin intihar etməsi ofisdə olan müşahidə kamerasına da düşüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin operativ-istintaq hərəkətləri həyata keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb. Sonra isə dəfn olunmaq üçün İsmayıllı rayonuna göndərilib.

Faktla bağlı cinayət məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Məlumat üçün bildirək ki, İlkin Tapdıqov Səbail rayon Mühafizə İdarəsinin əməkdaşı olub. Araşdırmalar zamanı məlum olub ki, İlkin Tapdıqov intihar etməmişdən qabaq iş yoldaşına həyatdan bezdiyini, daha yaşamaq istəmədiyini bildirib.

Qeyd edək ki, İlkin Tapdıqov ailəli olub, 2 azyaşlı övladı var.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol