• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənilərlə azərbaycanlılar qardaş idi. Mənim nənəmi azərbaycanlı ölümdən xilas edib...”

“Ermənilərlə azərbaycanlılar qardaş idi. Mənim nənəmi azərbaycanlı ölümdən xilas edib...”
28.05.2020 18:33
Ermənistanda, Azərbaycanla həmsərhəd yaşayış məntəqələrində ermənilər on illərdir ünsiyyətdə olmadıqları qonşuları ilə münasibətlər barədə nə düşünür? Onların sülh və müharibə haqda fikirləri necədir?
Virtualaz.org xəbər verir ki, epress.am saytı Ermənistanın Naxçıvanla həmsərhəd kəndlərində yaşayan sakinlərlə sosioloji araşdırmalar mərkəzlərindən biri tərəfindən aparılmış söhbətin mətnini dərc edib. Söhbətdən məlum olur ki, rəyi soruşulan ermənilərin əksəriyyəti azərbaycanlılarla mehriban qonşuluq münasibətlərinin yenidən bərpa olunmasını arzu edirlər.
Məsələn, 35 yaşlı qadının dedikləri: "Onlarla söhbət etmək maraqlı olardı. Görəsən nə düşünürlər, məncə "yuxarılar”la bağlı problem olmasa heç nə baş verməzdi, axı onlar da adi insanlardır...Hansı valideyin istərdi ki, istər erməni olsun, istər azərbaycanlı, onun övladı müharibədə ölsün. Belə şey ola bilməz. Gənclərin ölümünü istəməkdən qeyri-insani heç nə ola bilməz. Əminəm ki, onlar da sülhə can atır. Onlar da sakit yaşamaq istərdi. Həyatdan həzz almaq lazımdır, müharibə eləmək yox...”
Yetkinlik yaşına çatmamış oğlan isə deyir ki, yaşlılar ona bir vaxtlar Naxçıvanla sərhəddə azərbaycan kəndləri ilə alış-veriş olduğunu danışıblar: "Hətta bizim evimizə türklər (azərbaycanlılar –red.) gəliblər, gecəni qalıblar. Bir dəfə türk mənim nənəmi ölümdən xilas edib: o dağda pencər yığarkən yıxılıb, türk isə onu xilas edib”.
Yaşı 50-dən yuxarı olan qadın isə belə deyir: "Biz illərlə onlarla yan-yana yaşamışıq. Konkret olafraq bu ev türkün evidir. Onlarla yola gedirdik, yaşayırdıq. Ola bilsin indi bu yaxşı səslənmir, deyəcəklər ki, satqınsan, onları tərifləyirsən. Amma nə var onu demək lazımdır. Mənim valideyinlərim Gorusdan gəliblər, məktəbdən gələndə qonşumuz türk məni evə çağırırdı, qonaq edirdi. Bu türk tərəfdən insani münasibət idi”.

"O vaxt ermənilər və türklər qardaş idi. Onlar nəsə almağa əsasən bizim kəndə gəlirdilər. Buradan ət alıb aparırdılar. Özləri tərəvəz satırdılar. Və satmağa Cermuka da gedirdilər, Yerevana da. Bizim kənddən keçib gedirdilər, çünki yol qısa idi”-bunları isə 36-40 yaşlarında qadın deyir.
50 yaşlarında kişi isə deyir ki, o sərhədin qarşı tərəfində özü kimi sadə adamları heç vaxt günahlandıra bilməz. Çünki elə hal olub ki, onlara 10 metrə qədər yaxınlaşıb, hətta silahlı olublar, amma heç nə baş verməyib. "Mənim kimi o da torpaqla məşğuldur, heyvan saxlayır. Məsələni bizim hökumət nizamlamalıdır, mənim Əhmədlə, Məmmədlə nə işim var? Heç bir. Mən sülh istəyirəm. 200-300 metr o yana getsəniz görərsiniz ki, bizimkilər onların postlarının lap yaxınlığında dayanıb, silahlı əsgərin burnunun ucunda işləyir. Amma heç nə baş vermir”.(virtualaz)

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol