• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycan Respublikasının dövlət dili rus dili deyil, Azərbaycan dilidir" -Tarixi cavab

"Azərbaycan Respublikasının dövlət dili rus dili deyil, Azərbaycan dilidir" -Tarixi cavab
15.10.2014 20:40

2002-ci ildə Heydər Əliyev İrana səfər edir. Burada Heydər Əliyevin Xamneyi ilə bir dialoqu olur. ANN.Az olaraq həmin dialoqu sizə təqdim edirik.

Xamneyi Heydər Əliyevi danışıqlar keçiriləcək zalın qarşısında qarşıladı. İki əlli görüşdü. Azərbaycan dilində sözə başlayıb hal-əhval tutdu.

Heydər Əliyev özünəməxsus ərkyanalıqla Xamneyinin doğulduğu yerə - Təbriz yaxınlığındakı məşhur Xamnə kəndinə işarə edərək:

- Xamnədə nə var, nə yox? - deyə soruşdu

- Sən Xamnəni də bilirsən? - Xamneyi təəccübünü gizlətmədi.

- Əlbəttə. Xamnə bizim Azərbaycanda da məşhurdur. Həm də bu kənd təkcə sizin vətəniniz kimi tanınmır. Azərbaycanın çox məşhur şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundzadə də sizinlə eyni kənddə doğulub. Yəqin, Axundzadənin adını eşitməmiş olmazsınız.

- Eşitmişəm, - deyə Xamneyi həvəssiz cavab verdi.

Heydər Əliyevlə Xamneyi arasındakı şəxsi xarakterli söhbət daha bir neçə dəqiqə çəkdi. Sonra heyətlər masa arxasında yerlərini tutdular. Xamneyi Azərbaycan Prezidentini fars dilində salamladı, onun səfərinin tarixi əhəmiyyət daşıdığını dedi. Təbii ki, farsca İran rejiminin dövlət dili olduğundan  dini rəhbərin bu dildə danışması anlaşılan idi. Lakin gözləmədiyimiz halda Xamneyi nitqinə ara verən kimi yanında əyləşmiş tərcüməçi onun dediklərini çox naşı, qeyri-dəqiq və savadsız şəkildə ruscaya çevirməyə başladı.

Heydər Əliyev “Podojdite!” -deyə elə ilk cümlədən sonra sərt şəkildə onu dayandırdı. Sonra üzünü Xamneyiyə tutub dedi.

- Ağayi Xamneyi! İki dəqiqə bundan əvvəl biz burada öz ana dilimizdə danışırdıq və biri-birimizi də yaxşıca anlayırdıq. Mən başa düşürəm ki, bura İrandır, siz də bu dövlətin dini rəhbərisiniz. Ona görə də rəsmi danışıqlarınızı fars dilində aparmalısınız. Bunlar aydındır. Amma başa düşmürəm ki, nə üçün tərcümə rus dilinə edilir?

- Bəs mən elə bilirəm ki, sizin dövlətin dili rus dilidir... - deyə Xamneyi vəziyyətdən çıxmağa çalışdı.

- Ay kişi, - deyə Xamneyinin özünü sadəlövhlüyə vurmasından əsəbləşən Heydər Əliyev kəskin şəkildə sözünə davam etdi.

- Azərbaycan dili sovet hakimiyyəti dövründə də bizim ölkəmizin dövlət dili idi. Hətta o dövrdə bizim Konstitusiyada ayrıca maddə ilə dövlətimizin dilinin Azərbaycan dili olduğu göstərilmişdi. Moskvanın bütün təzyiqlərinə baxmayaraq dilimizi qorumuşuq, saxlamışıq, zənginləşdirmişik. Məktəblərimiz, institutlarımız bu dildə olub, idarələrimiz bu dildə işləyib, kitablarımız, qəzetlərimiz bu dildə çıxıb. Müstəqillik qazanandan sonra isə biz beynəlxalq miqyasda da danışıqları öz dilimizdə aparırıq. Haradan sizin ağlınıza gəlib ki, Moskvanın asılılığından şəhid qanları bahasına qurtaran Azərbaycan bu gün özünün min illik bir tarixə malik doğma dilini bir kənara qoyub rus dilindən istifadə edəcək?

Görüşdən sonra Heydər Əliyev deyir:

-Ağayi Xamneyi, - dedi. - Burada çox məsələlərdən danışdıq. İndi bilmirəm, hansı yerinə yetəcək, hansı unudulacaq. Ancaq əminəm ki, bir məsələ həmişə sizin yadınızda qalacaq - xatırlayacaqsınız ki, Azərbaycan Respublikasının dövlət dili rus dili deyil, Azərbaycan dilidir.

"Vilayet Quliyevin xatirələrindən"

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol