• $
  • €
  • ₽
  • ₺
  • £

Çörəyin keçdiyi keşməkeşli yol - VİDEO

Çörəyin keçdiyi keşməkeşli yol - VİDEO
01.02.2019 22:00
Hər gün aldığımız, süfrəmizin olmazsa-olmazı olan çörək süfrəmizə gələnə qədər nələrə məruz qalır?

Anews.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Bu günlərdə Bakıda satış üçün nəzərdə tutulan çörəyin üstündə pişik gəzdiyi anın görüntüləri yayılıb. Satmaq üçün gətirilən və açıq şəraitdə olan çörəklər marketin qarşısına qoyulduğundan üstündə pişik gəzir. Hadisə şahidləri bildirib ki, səhər saatlarında market hələ açıq olmadığına görə, çörək paylayan şəxs yeşikləri mağazanın qarşısına qoyub gedib. Sonra da sözügedən mənzərə yaranıb. Bu isə videonu izləyən hər kəsin ciddi narahatlığına səbəb olub.

Sakin: "Televizorda gördüm pişiyi. Çörəyin içində gəzir. Özüm bişirəm. Lazım da deyil mənə o çörək".

Ekspertlərin sözlərinə görə, bu mənzərə ilə təkcə burda yox, başqa marketlərin qarşısında da qarşılaşmaq olar. Əsasən də Bakının kənd və qəsəbələrində belə hallar tez-tez baş verir.

Eyyub Hüseynov - AİB-in sədri: "İstehsal olunan mallar tarladan yetişdiriləndən istehlakçının masasına qədər müəyyən risk nöqtələrindən keçir. Həmin risk nöqtələrindən biri də daşınmadır. Çörəyin üstündə pişik gəzirsə, deməli pişik o tərəfə gedəndən sonra onun üzərində siçovul olacaq".

İsa Əliyev - Qida Mühəndisi: "Çörəklər paketlənmiş şəkildə transportlara verilməlidir. Çörəyin qoyulma yeşiklərinin də təmiz olması lazımdır. O yeşiklər çirkin, mikrobun içinə hər hansı bir yerə qoyulmamalıdır. Dəfələrlə istifadə edilmiş yeşiklər təmizlənməli yuyulmalıdır və gigiyenik qaydalara riayət olunmalıdır".

Mütəxəssislər hesab edir ki, bu məsələdə hər iki tərəf məsuliyyət daşıyır.

Bahadur Zamanov - Çörəkçi: "Elə aparıb tökəsən onun qapısına. Bu gələcək, açılacaq, açılmayacaq. Elə şey olar?"

Eyyub Hüseynov - AİB-in sədri: "Mal istehsal edib, satış şəbəkəsinə verən məsul şəxs satıcı ilə müqavilə bağlamalıdır. Müqavilə şərtlərində həmin çörək malın çirklənməməsi amili öz yerini tapmalıdır. Bəli o cür qoyub getmək əlbəttə istehsalçının imicinə ciddi zərbədir".

AQTA-dan bildirildi ki, videonun hansı tarixdə, harda çəkildiyi, hansı müəssisə olduğu barədə heç bir məlumat yoxdur. Lakin araşdırılması üçün Agentliyin müvafiq şöbələrinə yönləndirilib. Araşdırmaların nəticələrinə uyğun olaraq tədbirlər görüləcək.

AQTA vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda videonun çəkildiyi tarix, məkan və müəssisənin adını qeyd etməklə qurumun 1003 qaynar xəttinə zəng edib məlumat versinlər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol