• $
  • €
  • ₽
  • ₺
  • £

Kartof suyunun faydaları

Kartof suyunun faydaları
03.02.2019 11:24
Kartof yay-qış demədən əksər yemək və salatda istifadə etdiyimiz sevimli tərəvəzlərdəndir. Bəs kartof suyunun çox faydalı olduğunu bilirsinizmi?
Kartof suyu içmək xalq təbabətində geniş yayılmış üsullardandır. Qastrit, xora kimi mədə xəstəliklərində faydalı sayılır. Orqanizmdə qan dövranının yaxşılaşmasına kömək edir.
Anews.az e-tibb.az-a istinadən bildirir ki, kartof suyu bol orqanik turşu, mineral, ferment tərkiblidir. Xüsusilə səhər acqarına içilən kartof suyu həzm sisteminin normal işləməsinə, qəbizlik, ishal, şişkinlik, mədə qıcqırması və həzmsizlik kimi problemlərə qarşı müalicəvi təsir göstərir. Səhərlər içilən kartof suyu reflüks xəstəliyinə qarşı da faydalıdır.
Səhərlər acqarına içilən kartof suyunun bədəndən bütün zərərli toksinləri atdığına dair araşdırma nəticələri var.
Kartof suyu tərkibinə görə bağırsaq xərçəngindən qoruyur. Fol turşusu və dəmir baxımından zəngin olduğu üçün qırmızı qan hüceyrələrinin hazırlanmasında böyük rol oynayır. Yəni, kartof suyu qan azlığı - anemiya riskini azaldır.
Kartof suyunun tərkibindəki asit mədənin PH səviyyəsini tənzimlədiyindən mədədəki turşuluğun artmasını azaldır. Mədə turşuluğu ilə yanaşı, mədə sancısı olanlara da kartof suyu içmək tövsiyə edilir. Bununla, mədə xərçəngi, qastrit, kolit kimi risklər də azalmış olur.
Bundan başqa, kartof suyunun tərkibindəki zəngin üzvi birləşmələr revmatizm, oynaq problemlərinin aradan qaldırılmasına da yardım edir.

Kartof potasium qaynağı olduğundan yüksək təzyiqli insanlarda pozitiv nəticələrə səbəb olur. Yetərli potasium qəbulu həm də ürək xəstəlikləri riskinin azalmasına təsir edir.
Kartof suyu təmizləyici keyfiyyətə də malikdir. Bu özəlliyi ilə qaraciyər və öd kisəsində problemi olanlar üçün təbii dərman sayılır. Buna görə səhərlər acqarına 150 qrama qədər kartof suyu içmək məsləhətdir. Kartof suyu həm də öddə, böyrəklərdə daş yaranması riskini azaldır.
Kartofun dəri üzərindəki effektini də hər kəs bilir. Gözaltı qaralar, yaralar və şişkinliklərə qarşı kartof həmişə həll yolu kimi görülüb. Eqzema, dəri ləkələri, quru və qaşıntılı dəri üçün kartof suyunun möcüzəvi təsiri var. Kartof suyu həm də saç köklərini bəsləyir, daha gur və sağlam saçlara qovuşdurur. Bunun üçün kartof suyunu yumurta ağı və balla qarışdırıb, saçlara sürtün və yarım saat sonra saçlarınızı şampunla yuyun.
Kartof suyunun dadını xoşlamayanlar içinə limon, ya bal qarışdırıb içə bilərlər. Balla qarışdırıb içmək qida zəhərlənməsinə qarşı da effektlidir.
İstifadə qaydası:
Kartofu soyub doğrayın, yuyun və şirə çəkən maşında çəkin. İki həftə səhər və axşam acqarına, yeməkdən yarım saat əvvəl 150 qr kartof suyu için. Sonra iki həftə ara verin və yenə iki həftə eyni şəkildə için. Faydasını özünüz də hiss edəcəksiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol