• $
  • €
  • ₽
  • ₺
  • £

Məşhur alim xərçəngin əsl səbəbini açıqladı: "Qışda badımcan və yumurta yesəniz..."

Məşhur alim xərçəngin əsl səbəbini açıqladı: "Qışda badımcan və yumurta yesəniz..."
03.02.2019 16:59
Türkiyənin daxili xəstəlikər üzrə mütəxəssisi Canan Karatay yanlış qidalanma ilə bağlı növbəti məsləhətlərini verib.
Publika.az xəbər verir ki, professor heyvan və bitki mənşəli yağların insan sağlamlığına mənfi təsiri olmadığını deyib.
Bildirib ki, yumurta, qatıq, süd və təbii yağlardan istifadə etmək faydalıdır. Meyvə və tərəvəzlər isə yalnız mövsümündə istifadə edilməlidir.
Şəkərli və qazlı içkilər
"Bu tip içkilər spirtli içki qədər zərərli deyil. Ondan daha zərərlidir. Bu içkilərin tamamilə qadağan edilməsi vacibdir. Ağ şəkərin bütün hüceyrələrə təsiri var. Uşaqlara şəkər yerinə bir az meyvə suyu verə bilərsiniz”.
Yumurta
"İnsan bədənin 60%-i sudan ibarətdir. 20%-i heyvan mənşəli protein, 19%-i isə yağdır. 1%-dən az isə karbonhidratdır. Siz karbohidrata yüklənəcəksiniz. Uşaqlara yumurta verin. Həm də kənd yumurtası. Sərbəst gəzən toyuqların yumurtalarını tapın”.
Yağ
"Mənim həyatım yağ yeməklə keçdi. Bütün yeməklərin ləzzəti yağdır. O uzun ömür yaşayan insanlar da yağ yeyiblər. Lakin yağlar işlənməmiş, təkrar istehsaldan keçməmiş olmalıdır.
Xolestrol
"Xolestrol xəstəliyi deyə bir şey yoxdur. O xəstəliyi dərman firmaları icad edib. Xolestroldan qorxmayın. Qan şəkərindən qorxun! Xolestrol yağ deyil, hormondur. Yanğını yanğınsöndürənlərmi çıxarır? Yox. Bədəndəki yanğını da xolestrol söndürür. Artıq şəkər bədəndə triqliseritin miqdarını çoxladır. Ağ şəkər, şirniyyatlar, qazlı içkiləri ağzımıza qoyduğumuz zaman qan şəkəri yüksəlir. Bu da anında hücüeyrələrə təsirini göstərir. Triqliseritlər 22 növ xəstəlik yaradır. Yüksək təzyiq, damar tıxanıqlığı, damar sərtliyi və xərçənglər”.
Faydalılar
"Yumurta, qırmızı ət, tam yağlı pendir, tam yağlı qatıq vücudumuzun ehtiyacıdır”.
Gündə 2 dəfə yemək
24 saat ərzində ilk yediyimiz öyün səhər yeməyidir. Tez-tez yox, acarkən yeməlisiniz. İbn Sina deyir ki, iki öyün sağlamlıq, üçüncü xəstəlikdir. Çünki insan bədəni ona görə prqoramlaşdırılıb.
İdeal səhər yeməyi
"Neçədə qalxarsanız-qalxın, təbii yağ, fındıq, fıstıq, yumurta yeməlisiniz. Arada bolca su için. Türk qəhvəsi də içə bilərsiniz. Kərə yağında yumurta, omlet, təbii pendir”.
Mövsümündə nə varsa
"Yanvar ayında badımcan yeməyin. Yalnız təbii meyvə istifadə edin, o da miqdarında. Alma, portağalın qurdlu olanını alın”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol