• $
  • €
  • ₽
  • ₺
  • £

Həbsdə əmlakını məhkəmədən gizlədən məmurun başı dərddə

Həbsdə əmlakını məhkəmədən gizlədən məmurun başı dərddə
05.02.2019 12:02
"Aztelekom” İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədov bacısı oğlunu niyə tutdurubmuş?

"Aztelekom” İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədov yenidən medianın gündəminə gəlib. Unikal.org xəbər verir ki, M.Məmmədov bacısı oğlu, "Aztelekom”  köməkçisi işləmiş qohumunu  həbs etdirməsinə səbəb Mingəçevir və Bakıda yerləşən mülklərini ona qaytarmaması olub.

Belə ki, Məhəmməd Məmmədov həbsdən azad olunduqdan sonra bacısı oğlunun adında olan  Mingəçevirdəki şadlıq sarayını və Bakıda hündürmərtəbəli binada yerləşən iki mənzilini geri tələb edib. Dayısının tələbinə məhəl qoymayan bacıoğlu  mülkləri geri qaytarmayıb. M.Məmmədov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında bacısı oğlu saxlanılıb. O, 3 gün həbsdə qaldıqdan sonra dayısına mülkləri qaytarıb.

Qeyd edək ki, bu cür "praktikadan” məmurlar çox istifadə edir, əmlaklarının bəzilərini yaxın qohumlarının adına  sənədləşdirirlər. Bəzi hallarda da bu cür  hallarla rastlaşılır.         

Yada salaq ki, "Aztelekom”un sabiq baş direktoru vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə  2015-ci ilin noyabr ayında həbs edilib. M.Məmmədov Cinayət Məcvəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona bu maddələrlə ittiham elan olunub. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində ilkiin olaraq 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. M.Məmmədovun barəsindəki həbs-qətimkan tədbirinin müddəti sonradan bir neçə dəfə artırılıb.

Rabitə və Yüksək Yexnologiyalar Nazirliyinin  mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 40 milyon manat pulu mənimsəməkdə ittiham olunurdular. M.Məmmədov isə 4 milyon manat mənimsəməkdə təqsirli bilinirdi. 2017-ci ilin yayında Bakı Ağır Cinayətlər Məhkəməsində "Rabitə işi” üzrə hökm oxunub.  "Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova  şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. M.Məmmmədov dövlətə vurduğu 4,5 milyon manatlıq ziyanı ödəyib.

Məhkəmədə ittiham aktında Məhəmməd Məmmədovun mülklərinin sayı açıqlanmışdı. 

"Yeni Müsavat” xəbər verir ki, iş materiallarında Məhəmməd Məmmədovun və ailə üzvlərinin mülklərin sıyahısı elan olunmuşdu. Onları bir daha yada salaq: Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 2 bağ evi, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 19 saylı yeni tikilidə 14 saylı mənzili, Abşeron rayonu, Fatmayi kəndində 145 və 145a saylı bağ evləri, Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində yerləşən "Yurd” MTK-da 34 saylı mənzili və Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən ticarət obyektləri var.

Məhkəmə ile ilgili görsel sonucu

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən istintaqa daxil olmuş 06.11.2015-ci il tarixli 150220205080 №-li məktubda isə göstərilib ki, Məmmədov Məhəmməd Əsgər oğlunun adına Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 19 saylı evin 14-cü mənzili, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsi, "BTRİB” b/y-nin 5-6-cı Şimal küçəsində bağ evi, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndi, 226 saylı bağ sahəsi var. Bununla yanaşı, M.Məmmədovun oğlu Məmmədzadə Araz Məhəmməd oğlunun adına Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, ev 22/24-də yerləşən qeyri-yaşayış sahəsi, qızı Məmmədova Şüküfə Sabir qızının adına Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 15 saylı evin 51 saylı mənzili var.

M.Məmmədovun digər qızı Məmmədova Şeyda Məhəmməd qızının adına Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21 a saylı evin 31 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, 2 saylı qeyri-yaşayış sahəsi aşkarlanıb.

Sabiq baş direktorun digər oğlu Məmmədzadə Babək Məhəmməd oğlunun adına isə Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi, 145, 145a saylı fərdi yaşayış evi, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 117b saylı evin 34 saylı mənzili, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 91 saylı evin 23 saylı mənzili, Xaçmaz rayonu, Aşağıoba kəndində torpaq sahəsi olması müəyyən edilib.

Onu da qeyd edək ki, Məhəmməd Məmmədov uzun illər Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri olub. Onun həbsindən sonra YAP strukturlarında tutduğu vəzifədən azad olunub.


"Yeni Müsavat”

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol