• $
  • €
  • ₽
  • ₺
  • £

Doğuşda ölən ananın qohumları: həkim çıxsın ortaya - VİDEO

Doğuşda ölən ananın qohumları: həkim çıxsın ortaya - VİDEO
10.10.2014 09:58
Dünən Xaçmazda ana və uşaq ölümü baş verib.ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, səhər saat 8-də Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının doğum evinə gətirilən 33 yaşlı Arzu İsmayılova doğuşdan bir müddət sonra dünyasını dəyişib. Onun dünyaya gətirdiyi körpəsi də doğuş zamanı ölüb. Mərhumun qohumları və ailə üzvləri ana və uşağın ölümündə birbaşa doğum şöbəsinin həkimlərini günahlandırırdılar. Ailə üzvlərinin aqressiv davranışlarını görən hadisə yerində olan polis əməkdaşları da onları sakitləşdirə bilmirdilər. Yaxınları gənc anaya vaxtında tibbi yardım edilməməsindən, liftin işləməməsindən narazılıq edirdilər.“Arzu üç mərtəbə pilləkəni özü öz ayağı ilə çıxıb, UZİ-yə salıblar. Deyirdilər ki, uşaq tərpənir. 9 aydı bu adam UZİ-yə gəlib. Aparata düşüb”, – deyə mərhumun bacısı Aytən Şahbazova qeyd edib.Mərhumun atası Rahim Lalayev deyir ki, xəstəxanada lift işləmədiynə görə, qızını pilləkənlərlə yuxarı mərtəbələrə çıxardılar. Həkimlər isə saat 1-dən 3-ə kimi olmayıb.“Mən istəyirəm ki, bu 2 meyiti öldürən həkim gəlib çıxsın ortaya. Baxsın, vicdanı oyansın” - deyə mərhumun qohumu Şəmsəddin Babayev bildirdi.Doğum şöbəsində həkimləri görməsək də otaqların birində Ginekoloq İradə Bayramovanı axtarıb tapdıq. İradə Bayramova Arzu İsmayılovanın xəstəxanaya gələn zaman körpəsinin ana bətnində ölü olduğunu deyir. “Normal doğuşu apardıq. Xəstəni yerləşdirdik, qolunda sistemi, iynələri öz qaydasında. 40 dəqiqə keçdi, vəziyyəti yaxşı idi, birdən-birə xəstənin halı dəyişdi” – deyə həkim İradə Bayramova söylədi.Fakt Xaçmaz Rayon Prokurorluğunda araşdırılmağa başlanıb. Meyitin tibbi müayinəsindən sonra hadisəyə hüquqi qiymət veriləcək.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol