• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ali məktəblərdə ixtisaslar nə üçün ləğv edildi?

Azərbaycanda ali məktəblərdə ixtisaslar nə üçün ləğv edildi?
14.02.2019 12:18
Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibbtəhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı" zamanı mövcud 175 ixtisasın sayı 148-ə qədər azaldılıb.

Bu sözləri təhsil nazirliyinin şöbə müdiri Yaqub Piriyev nazirliyin saytına müsahibəsində deyib.

Şöbə müdiri bildirib ki, yeni qərarla 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb:

"Bir sıra ixtisasların adları müasirləşdirilib, Avropa universitetlərinin təcrübəsinə uyğunlaşdırılıb. Bəzilərinin adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmunun təkmilləşdirilməsi nəzərdə tutulub. Tvinninq layihəsi çərçivəsində 15 ixtisasın tamamilə yeni məzmunlu təhsil proqramının hazırlanması planlaşdırılır. Dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisaslar birləşdirilib. Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilib.Ümumilikdə, təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir".

Y.Piriyev bildirib ki, təhsil ixtisasları qrupunda olan 22 ixtisasdan biri (Rəqs müəllimliyi) çıxarılıb, iki ixtisasın isə adında dəyişiklik edilib:

"Humanitar və sosial ixtisaslar qrupunda olan 17 ixtisasdan biri(Antropologiya)çıxarılıb, iki ixtisas (Kitabşünaslıq və Kitabxanaçılıq və informasiya) isə bir ad altında birləşdirilib. Hazırda bu qrupda 15 ixtisas var. Mədəniyyət və incəsənət ixtisasları qrupunda olan 21 ixtisasdan 8-i müxtəlif sahələri əhatə etdiyindən və bəzi hallarda həmin sahənin adı ixtisasın adı kimi təsnifatda qeyd olunduğundan (məsələn, Solo oxuma, Estrada sənəti,Kinoşünaslıq, Teatrşünaslıq və s.) bu ixtisaslar bir ad altında birləşdirilib və onlara"sahələr üzrə" sözləri əlavə edilib. Hazırda bu qrupda 18 ixtisas var.
İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 12 ixtisasdan 3-ü digər uyğun ixtisaslarla demək olar ki, eyni məzmun təşkil etdiyindən (məsələn, Dünya iqtisadiyyatı və İqtisadiyyat, Biznesin idarə edilməsi və Kommersiya) onlar birləşdirilmiş və beynəlxalq təcrübəyə uyğun ad qoyulub. Mühasibat uçotu və audit ixtisasının adı"Mühasibat" olub, "Beynəlxalq ticarət və logistika" adlı tamamilə yeni ixtisas əlavə edilib. Hazırda bu qrupda 10 ixtisas var.
Təbiət ixtisasları qrupunda ixtisasların adları məqsədəuyğun hesab edilib və bu səbəbdən burada heç bir dəyişiklik edilməyib, yalnız "Biotexnologiya" adlı yeni bir ixtisas əlavə edilib. Hazırda bu qrupda 11 ixtisas var".

Şöbə müdirinin sözlərinə görə, texniki və texnoloji ixtisasları qrupunda əsaslı dəyişikliklər edilib:

"Belə ki, məzmunca eynilik təşkil edən bəzi ixtisaslar birləşdirilib və daha müasir adlarla adlandırılıb, bəziləri dar ixtisaslaşmanı əhatə etdiyindən çıxarılıb. Beləliklə, 41 ixtisas ləğv edilərək, 18 yeni adlı ixtisaslar yaradılıb. Eyni zamanda 8 adda tamamilə yeni ixtisas əlavə olunub. 59 ixtisasın sayı 40-a qədər azaldılıb. Kənd təsərrüfatı ixtisasları qrupunda mövcud 12 ixtisasdan 4-ü adını dəyişib,1-i çıxarılıb və 3 yeni ixtisas əlavə edilib. Nəticə etibarilə ixtisasların sayı 11 olub. Səhiyyə, rifah və xidmət ixtisasları qrupunda da ciddi dəyişikliklər edilib.Mövcud 9 ixtisasdan 3-ü (Həkim yardımçısı, Bədən tərbiyəsi və idman və Turizm və otelçilik) çıxarılıb, 1-i adını dəyişmiş və 6 yeni ixtisas əlavə edilib. Hazırda qrupda 10 ixtisas yaradılıb. Tibb təhsilinin əsas təhsili üzrə ixtisaslar qrupunda olan 4 ixtisasın sayı dəyişməsə də, burada yeni Hərbi tibb, İctimai səhiyyə və Tibb ixtisasları yaradılıb.
Xüsusi təyinatlı ixtisaslar qrupunda mövcud 10 ixtisasdan birinin adını dəyişib, yeddisi çıxarılıb, yeddi adda tamamilə yeni ixtisas əlavə edilib. Yeni ixtisaslardan ikisi artıq keçən il Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Ümumilikdə ixtisasların sayı səkkizə enib".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol