• $
  • €
  • ₽
  • ₺
  • £

Uşaqları olmadığına görə ayrılıb, 1 gün sonra intihar edən cütlüyün ölümünün - TƏFƏRRÜATI

Uşaqları olmadığına görə ayrılıb, 1 gün sonra intihar edən cütlüyün ölümünün - TƏFƏRRÜATI
28.05.2020 21:37
Hacıqabul rayonunda ərlə arvad özünü öldürüb.
 

Anews.az-ın Qafaazinfo-ya istinadən verdiyi məlumata görə, cütlük 15 il birgə yaşasa da, rəsmi nikahları olmayıb. Onlar bu illər ərzində uşaqları olmadığı üçün fevralın 14-də, sevgililər günündə ayrılmaq qərarı veriblər. Hər iki şəxs öz valideynlərinin yanına qayıdıb və orada yaşamağa davam ediblər.


Lakin bir gün sonra S.Rəsulov günorta saat 13:30 radələrində atası Zaməddinin evinin həyətində özünü ağacdan asaraq intihar edib. Bu hadisəni eşidən Ə.Mayılova əri ilə birgə yaşadığı evə baxmaq istədiyini deyib və ora gedərək saat 17:30 radələrində həyətdə olan tikilinin tavanından özünü asıb.


Hər iki hadisə yerinə polis və prokurorluq orqanları tərəfindən baxış keçirilib. Meyitlərin xarici ekspertizası zamanı bədənləri üzərində hər hansı işgəncə, döyülmə xarakterli xəsarət izləri aşkar edilməyib.


Faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol