• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat adı hallandırılan qəzadan danışdı: "Hər kəs qanun qarşısında cavabdehdir"

Deputat adı hallandırılan qəzadan danışdı: "Hər kəs qanun qarşısında cavabdehdir"
20.02.2019 12:04
Milli Məclisin deputatı Cavanşir Feyziyev adı hallandırılan qəza ilə bağlı danışıb.

Anews.az modern.az-a istinadla xəbər verir ki, deputat sürücüsünün qəza törətdiyi bildirib.

Bu ayın 12-dən Avropada rəsmi səfərdə olduğunu deyən deputat bildirib ki, hazırda Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı Belçikada və Böyük Britaniyada keçirilən tədbirlərdə iştirak edir.

"Baş verən qəza barədə bu gün mətbuatdan məlumat almışam. Təəssüf edirəm ki, ölkəmizdə də avtomobil qəzaları demək olar ki, hər gün baş verir. Mən avtomobil qəzalarında həlak olan bütün vətəndaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verərərək, onlara Allahdan səbr diləyirəm.

Kimliyindən asılı olmayaraq hər bir şəxs baş vermiş hadisə ilə bağlı günahın dərəcəsinə və nəticələrinə müvafiq şəkildə qanun qarşısında cavabdehdir. Yəqin ki, bu qəzanın da istintaqı aparılır və əminəm ki, hadisədə təqsiri olanlar qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar",- deyə C.Feyziyev bildirib.

Qeyd edək ki, dünən lüks avtomobil Xəzər rayonu Qala qəsəbəsi ərazisində – Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat" markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

1984-cü il təvəllüdlü Abbasov Fərid Həsənağa oğlunun idarə etdiyi "Porsche Cayenne GTS" markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin "Avromed" MMC-yə məxsus olduğu üzə çıxıb. O da məlum olub ki, hadisəni törədən Abbasov Fərid Həsənağa oğlu "Avromed" MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır.

Qadını vuran "Porsche Cayenne GTS" markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub.

Xatırladaq ki, sözügedən şirkətin sahibi deputat Cavanşir Feyziyevdir. Bəzi məlumatlara görə, Fərid Abbasov elə deputatın sürücüsüdür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol