• $
  • €
  • ₽
  • ₺
  • £

"Porsche" nə vaxtdan bahalı maşın olub, deputatın "Porsche"si ola bilməz? — Deputat

"Porsche" nə vaxtdan bahalı maşın olub, deputatın "Porsche"si ola bilməz? — Deputat
20.02.2019 15:24
Milli Məclisin deputatı Cavanşir Feyziyev ona məxsus olan "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobillə fevralın 15-də Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzasından danışıb. 


C.Feyziyev Demokrat.az-a açıqlamasında sözügedən "Porsche Cayenne GTS” markalı avtomobilin ona məxsus olduğunu təsdiqləyib. 


Deputat qəza törədilən zamanı sükan arxasında özünün deyil, sürücüsünün olduğunu bildirib:


"Qəza baş verən zaman mən Bakıda olmamışam. Mən ayın 12-dən Brüsseldə səfərdəyəm. Bakıya yeni qayıtmışam. Maşını idarə edən sürücüm olub. Adam qəza törədib, araşdırılır, kim günahkardırsa cəzasını da çəkəcək. Adətən, mən ölkədə olmayanda sürücüm öz maşınını idarə edir. Bu qədər illər ərzində birinci dəfədir ki, belə hadisə baş verir. Hesab edirəm ki, burada qeyri-adi nə isə yoxdur. Kim günahkardırsa, cəzasını çəkəcək. Qəza hər kəsin başına gələ bilər, heç kəs bu cür hadisələrdən sığortalanmayıb. Kimki yalandan deyir, guya qəza vaxtı mən sükan arxasında olmuşam və sairə, Allah özü onların cəzasını verəcək".


Cavanşir Feyziyev qəzaya düşən "Porsche Cayenne GTS” markalı avtomobilinin elə də bahalı olmadığını söyləyib:


"Məgər Bakıda cəmi bir-iki "Porsche” var? Bakıda minlərlə "Porsche” var. Digər tərəfdən isə "Porsche" nə vaxtdan bahalı maşın olub? "Porsche" orta qiymətə olan maşındır. Məgər deputatın "Porsche"-si ola bilməz? Burada qeyri-adi nə var?!".


Xatırladaq ki, qeyd edilən qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Belə ki, "Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın "Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.


İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib. 


Hadisə ilə bağlı mediada yayılan məlumatda bildirilir ki, qəzanı törədən Abbasov Fərdi Həsənağa oğlu "Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır. 


"Qadını vuran "Porsche Cayenne GTS” markalı avtomobilin üzərindəki 90 FC 111 dövlət qeydiyyat nişanının müxtəlif vaxtlarda başqa avtomobillərin də üzərinə taxıldığı məlum olub” – deyə yayılmış məlumatlarda bildirilir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol