• $
  • €
  • ₽
  • ₺
  • £

“Qızım intihar etməyib, onu öldürüb sonra asıblar”

“Qızım intihar etməyib, onu öldürüb sonra asıblar”
20.02.2019 20:10
Füzulidə 2 ayın gəlininin ölümü ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılsa da, mərhumun atası hadisənin intihar olmadığını iddia edir
Vəkil Osman Kazımov: "Şəkillərdə izlərin özünü asmaya xarakterik olmadığı görünür”
"Qızımın ölümü ilə bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Ancaq ekspert də, vəkil də deyir ki, onun bədənində xəsarət izləri var. O, fiziki təzyiqə məruz qaldıqdan sonra asılıb”. Bunu bizimyol.info saytına açıqlamasında Füzuli rayon sakini Valeh Şahverdiyev deyir. O bildirir ki, qızı 2 ay əvvəl ailə həyatı qurub və hərbçi həyat yoldaşı ilə Horadiz şəhərində yaşayıb. Afət Şahverdiyeva fevralın 8-də evdə asılmış vəziyyətdə tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Valeh Şahverdiyev isə bildirir ki, qızının özünü öldürməsinə inanmır və deyir ki, hadisə olan zaman Afətin həyat yoldaşı evdə olub: "Həyat yoldşı əslən Naxçıvandandır. Prokuror onu buraxıb ki, günahı yoxdur. Ancaq hadisə 15 dəqiqənin içərisində baş verib. Onlar birlikdə evə daxil olublar. Sonradan isə polisə zəng edilib ki, Afət özünü asıb. Mən evə daxil olanda prokuror da, polis rəisi də orada idi. Meyiti yerə uzatmışdılar və onun üzərində xəsarətlər var və meyitin başı üstündə durmurdu. Əri məni görən kimi qaçıb getdi. Prokurorluqda ondan izahat alıb buraxıblar. Prokuror deyir ki, hələlik əlimdə sübut yoxdur deyə, heç nə edə bilməz”.
Valeh Şahverdiyev deyir ki, hələlik ekspertizanın yekun rəyi yoxdur: "Beyləqanda ekpert məndəıən soruşdu ki, ər-arvad arasında münaqişə olubmu? Dedim ki, bilmirəm, olubsa da, bizə deməyib. Amma mən prokurora da, polis rəisinə də demişəm ki, qızımın özünü asma ehtimalı yoxdur. Afətin həyatından narazılığı olmayıb. Həmin gün də həyat yoldaşı ilə birlikdə banka gedib, gəliblər evə, 15 dəqiqə sonra bu hadisə baş verib. Meyitin şəkillərinə baxanda görünən izlər də onun özünü asmadığını deməyə əsas verir”.
Faktla bağlı açılmış cinayət işi üzrə zərərçəkmiş kimi tanınan ailənin vəkili Osman Kazımovdur. Osman Kazımov bildirib ki, yeni müqavilə bağlayıb və hazırda cinayət işi materialları ilə tanış olur. Osman Kazımov bildirir ki, ona meyitin şəkilləri təqdim olunub: "Şəkillərdə görünür ki, meyitin üzərində xəsarət izləri var. Boğulma da özünü asmaya xarakterik deyil. Çünki özünü asma zamanı yuxarı dartınma olur və ağırlıq aşağı düşür. İlgək yuxarıya doğru qalxır. Amma şəkillərdəki vəziyyət buna uyğun deyil. Hazırda iş ekspertizadadır və ekspertizanın yekun rəyinə əsasən dəqiq fikir söyləmək olar”.
Baş Prorkurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov Bizimyol.info saytına bildirib ki, dünyasını dəyişən şəxsin öldürülməsi ilə bağlı qohumlarında hər hansı şübhə və ya iddia varsa, bu barədə müvafiq rayon prokurorluğuna məlumat verməlidirlər.(bizimyol)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol