• $
  • €
  • ₽
  • ₺
  • £

“Xocalıda cəmi 2 nəfər ölüb” xəbərini kim vermişdi... - Düyünlər ÇÖZÜLÜR

“Xocalıda cəmi 2 nəfər ölüb” xəbərini kim vermişdi... - Düyünlər ÇÖZÜLÜR
28.05.2020 19:45

1992-ci il  fevralından 25-dən 26-na keçən gecə törədilmiş dəhşətli Xocalı qətliamının bir neçə gündən sonra 27-ci ildönümü qeyd olunacaq. Hələ də beynəlxalq səviyyədə Xocalı soyqırımını törədənlərə ədalətli məhkəmə qurulmayıb.

Əsrin ən dəhşətli faciəsi ilə bağlı bəzi müəmmalar hələ də açılmamış qalır.

O zaman soyqırımı törədiləndən sonra Azərbaycan ictimaiyyətinə verilən ilk rəsmi məlumatda yalnız 2 nəfərin öldüyü söylənilmişdi. 

Halbuki, həmin gecə Azərbaycan xalqına qarşı ən dəhşətli soyqırımı törədilmiş, yüzlərlə insan qanına qəltan edilmişdi. 


Azərbaycan Dövlət Televiziyasında (AzTV) səslənmiş həmin informasiyaya görə isə, guya 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda ermənilər tərəfindən cəmi 2 nəfər öldürülüb.

Bəzi şəxslər "Xocalıda 2 nəfər qətlə yetirilib” xəbərinə görə o zamankı prezident Ayaz Mütəllibovu ittiham edir, məlumatın bu cür yayılmasında onun iştirakını iddia edir.


Məsələn, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı müsahibələrinin birində belə deyib:

"Ayaz Mütəllibovun daxili işlər naziri xalqa yalandan məlumat verdi ki, guya Xocalıdakı qarşıdurmada yalnız 2 nəfər ölüb. Ancaq rəhmətlik Çingiz Mustafayevin Xocalıda çəkdiyi kadrlar Ayaz Mütəllibov kimi adamlara nümayiş etdirdi ki, Xocalıda yüzlərlə adam qətlə yetirilib”.


1992-ci ilin 24 fevralından martın 17-nə qədər müdafiə naziri postunda çalışmış Tahir Əliyev Modern.az-a məsələ ilə bağlı bunları deyib.

"Xocalı faciəsi törədilən zaman daxili işlər naziri Tofiq Kərimov idi. Məndə olan məlumata görə o rəhmətə gedib. Qaldı ki, 2 nəfərin qətlə yetirilməsi xəbərinin yayılmasına... Yadımdadır ki, guya o zaman Dövlət Televiziyası səhvən elə məlumat verib. Bəziləri deyirdi ki, Tofiq Kərimov özü televiziyaya o formada məlumat ötürüb. Düzü, sonradan kimsə 2 nəfərin qətlə yetirilməsi versiyasının ardınca gedib məsələnin niyə bu cür təqdim olunduğunu araşdırmadı”.


Tahir Əliyev bildirib ki, o, müdafiə naziri kimi ictimaiyyətə Xocalı soyqırımı günü təqdim olunub:

"1992-ci ilin 24 fevralında müdafiə naziri olmağımla bağlı fərman verilib. Amma mən fevralın 26-da  ictimaiyyətə təqdim olunmuşam. Soyqırımı törədilən vaxt general Şahin Musayev müdafiə nazirinin səlahiyyətlərini yerinə yetirən şəxs olub. Mən nazir kimi təqdim olunan zaman Şahinə dedim ki, siz gedin, Ağdamda bu məsələlərlə məşğul olun! Şahin Musayev həm də Baş Qərargah rəisi vəzifəsində olduğu üçün  bu məsələlərlə o məşğul idi. Heç o zaman kabinetim də yox idi. O zamanlar Rusiya ayağını dirəmişdi ki, Azərbaycan Müstəqil Dövlətlət Birliyiyə daxil olmalıdır. Azərbaycan isə adıçəkilən quruma daxil olmaq istəmirdi. Bizi cəzalandırmaq üçün Xocalı faciəsini törətdilər”.

Keçmiş müdafiə nazirinin sözlərinə görə, insanların fikrini məsələnin əsas məğzindən yayındırma halları zaman-zaman olub.

"Hətta 1991-ci ilin noyabrında baş vermiş vertolyot qəzasında da o cür anlaşılmazlıq baş vermişdi. İlk dəfə ictimaiyyətə fərqli informasiya verilmişdi. Guya duman olub deyə, vertolyot qayaya çırpılıb və qəza baş verib”.

 

Eks-prezident Ayaz Mütəllibov da Modern.az saytına verdiyi müsahibədə bu haqda danışıb.

O bildirib ki, fevralın 25-dən 26-na keçən gecə nə özünün, nə daxili işlər nazirinin (Tofiq Kərimov), nə də milli təhlükəsizlik nazirinin (İlhüseyn Hüseynov) Xocalıda  baş verənlər barədə tam təsəvvürü olub:

"İllər keçəndən sonra mən bir yerdə oxudum ki, Müdafiə Nazirliyinin baş qərargahının keçmiş rəisi Şahin Musayev bu faciə barədə açıqlama verərkən belə deyib: "İlk dəfə mənə Xocalıda neçə nəfərin həlak olması ilə bağlı sual veriləndə, mən 2 nəfər demişəm. Amma bunu prezident Ayaz Mütəllibovu pis vəziyyətə qoymamaq üçün belə etmişdim...”.

Ondan bəri elə hey deyirlər ki, ölənlərin sayı qəsdən gizlədilib. Mən isə başa sala bilmirəm ki, baş verənlərdən xəbərim olmayıb. Niyə gizlətməli idim ki?! Bu cür qətliamı gizlətmək olar?! Mütəllibov kim idi ki, bunu gizlədə?!”.



General-mayor Şahin Musayev 26 yanvar 1992 — 24 fevral 1992-ci il tarixlərində müdafiə nazirinin müavini, baş qərərgah rəisi işləyib. General Şahin Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçıb. Onun hazırda Ukraynada olduğu bildirilir.


Xatırladaq ki, Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol