• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyanın sonuna nə qədər qalıb? — Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar

Dünyanın sonuna  nə qədər qalıb? — Alimlər Qiyamətin dəqiq vaxtını açıqladılar
22.02.2019 19:59
Bəşəriyyət Yerin kosmik cisimlə toqquşması, təbii və ya texnogen qəzalar nəticəsində məhv ola bilər.
"Ölkə.Az” xəbər verir ki, bu KİV-in fantaziyası və ya Hollivud senaristlərinin qələmindən çıxan yazılar yox, alimlərin proqnozudur.
2036-cı il
2007-ci ilin oktyabrında Penza vilayətində bir kəndin sakinləri Qiyaməti gözləmək üçün mağaraya sığındılar. Onların fikrinə görə, 2008-ci ilin may ayında Yer kometlə toqquşaraq məhv olacaqdı.  Kosmik fəlakət baş vermədiyi üçün penzalı sakinlər mağaranı tərk etdilər.
Bəşəriyyətin sonu, Qiyamət günü haqqında müxtəlif dinlərdə də var. Xristanlıqda Armageddonun tarixi 1000-2000-ci illər arası göstərilir. Mayalıların təqvimində isə 2012-ci il qeyd edilmişdi. 

Təhlükə səmadan gözlənilirdi. Günümüzdə astronomlar  Yerlə təhlükəli məsafəyə qədər yaxınlaşa biləcək irili-xırdalı kosmik obyektləri kəşf ediblər. Bəzi hallarda isə toqquşma istisna edilmir.
Daha çox Apofis asteroidi alimləri qorxuya salır. Bu asteroid 2029-cu ilin 13 aprel tarixində geri qayıdacaq və Yerin mərkəzindən 38 min km məsafədən keçəcək. Kiçik bir ehtimala əsasən, asteroid altı yüz metrlik təhlükəli zonaya girəcək və planetin qravitasiya sahəsi onun trayektoriyasını dəyişəcək. Bu zaman 2036-cı ildə Apofis geri qayıdanda planetimizlə toqquşacaq. Rusiyalı alimlərin hesablamasına əsasən, 2036-cı ildə Apofislə toqquşma risk zonasına Uzaq Şərq, Mərkəzi Amerika ölkələri və Qərbi Afrika daxildir.
2026
Yarım əsr bundan əvvəl amerikalı riyaziyyatçı Hayns fon Ferster həmkarları ilə birlikdə "Science” jurnalı üçün məqalə hazırladı. Bu məqalədə Qiyamətin dəqiq vaxtı kimi 2026-cı ilin 13 noyabr tarixi göstərilib.
Ferster iki parametrdən, yəni istənilən canlı varlığın populyasiyasını təyin edən artım və ölüm həddindən istifadə edib. 1975-ci ildə alman astrofizik Sebastyan fon Horner insan fəaliyyəti ilə bağlı digər parametrləri də nəzərə aldı və ehtimal etdi ki, Qiyamət günü 2020-2050-ci illərin arasındakı bir günə təsadüf edəcək. Bu dövr ərzində planetdə insanların sayı o qədər artacaq ki, qidalanma ilə bağlı ciddi problemlər üzə çıxacaq. Eyni zamanda sənayə tullantıları səbəbindən atmosfer həyat üçün əlverişsiz şəraitə qədər isinəcək.
Amerikalı alimlər fon Hornerin düsturuna son 30 ildə baş verən dəyişiklikləri nəzərə alaraq yeni əhəmiyyət qazandırıblar. Məlum olub ki, Qiyamət 2300-2400-cü ildən tez baş verməyəcək. Səbəb isə qlobal istilər və planetin insan fəaliyyətinə görə isinməsi olacaq.
XXI əsr
1972-ci ildə Romadakı intellektual, alim, futuroloqların ittifaqı sivilizasiyanın inkişafının sərhədləri barədə hesabat təqdim etdi. Müəlliflər əhali artımı, sənaye, bərpa olunmayan təbii ehtiyatların istifadəsi, ekologiyanın korlanması kimi məsələləri nəzərdən keçirərək bildiriblər ki, XXI əsr Qiyamət əsri olacaq. Əgər fəaliyyətləri, siyasəti və texnoloji inkişafı dəyişsək, bəşəriyyətin məhvinin qarşısını ala bilərik.
1980-ci illərin əvvəlində bir neçə riyaziyyatçı bəyan etdi ki, bəşəriyyətin mövcud olduğu vaxtı bilərək gələcəkdən xəbər vermək olar. Bu, dünyanın sonu teoremi adlanır.
Riyaziyyatçıların fikrinə əsasən, əgər biz təsadüfən hansısa prosesi müşahidə etmək qərarına gəliriksə, bunu ortada edirik, prosesin əvvəlində və sonunda etmirik. Deməli, bizim sivilizasiya yolunun ortasındadır və ola bilər ki, bir neçə yüz il və hətta bir neçə min il ehtiyat vaxtımız var...

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol