• $
  • €
  • ₽
  • ₺
  • £

Fevral ayı niyə 28 gündən ibarətdir?

Fevral ayı niyə 28 gündən ibarətdir?
25.02.2019 11:18
Romalılar miladdan 758 il əvvəl 10 aylıq təqvimin tətbiqinə başlayıb. 

Anews.az Cebhe.info-ya istinadən xəbər verir ki, aylar ilk orijinal təqvimdə, gecə və gündüzün bərabər olduğu, min illərdir həyatın başlanğıc nöqtəsi olaraq qəbul edilən mart ayından başlayıb — Martius (Mart), Aprilis (Aprel), Maius (May), Junius (İyun), Quintilis (İyul), Sextilis (Avqust), September (İyul), October (Oktyabr), November (Noyabr) və December (Dekabr).

Ay adlarından, iyuldan dekabra qədər olanlar, romalıların 5, 6, 7, 8, 9 və 10 rəqəmlərinin tələffüzdə səslənməsi ilə düzülüb. Yəni, martdan başlayan təqvimə görə, bu aylar ilin 5-ci, 6-cı, 7-ci, 8-ci, 9-cu və 10-cu ayları idilər. 10 aylıq təqvimdə yerdə nəzərə alınmayan əlavə 60 gün saxlanılıb.

Ehtiyat olaraq qalan 60 gün problem yaradan zaman, Janarius (Yanvar) və Februarius (Fevral) adları ilə təqvimə daha iki ay əlavə olunub. Bununla da təqvim tamamlanıb. Yəni, ilin ilk ayı Martius (Mart), son ayı isə Februarius (Fevral) olub.

Əsrlər sonra, miladdan 46 il əvvəl Roma imperatoru Julius Caesar (Yuli Sezar), ehtimal olunur ki, siyasi səbəblərdən təqvimdə bəzi dəyişikliklər edib. On bir ayı 30 və 31 gün olaraq hazırlayıb, ilin son ayı olan fevrala 29 gün və hər 4 ildən bir daha əlavə bir gün ayırıb. Ancaq sonra heç bir səbəb göstərilmədən yanvarı ilin ilk ayı elan edib. Belə olan halda isə, hər 4 ildə bir əlavə olunacaq bir günün, yeni sistemdə ilin ikinci ayı olmasına baxmayaraq fevrala əlavə olunmasına davam olunub.

Yuli Sezarın gözlənilmədən ölümündən sonra, romalılar çox sevdikləri imperatorlarının şərəfinə Quintilis ayının adını July (İyul) olaraq dəyişiblər.

Sezardan sonra hakimiyyətə gələnlərdən imperator Avqust öz şərəfinə, Sextilis ayının adını dəyişərək avqust elan edib. Ancaq ortaya başqa bir problem çıxıb. Sezarın ayı 31 gün, Avqustun ayı isə 30 gün olub. İmperator 29 gündən ibarət olan fevraldan daha bir gün kəsərək avqust ayına əlavə edib və problemi həll edib. Beləliklə, iki ay — iyul və avqust ayları 31 gün, fevral isə 28 gün (4 ildən bir 29) olub.

Aparılan elmi hesablamalara görə, xüsusilə orta əsrlərdə təqvimlərin üstündə o qədər əməliyyat aparılıb ki, Həzrəti İsanın bu gün qəbul edilən Miladdan, yəni bizim eranın 1-ci ilində anadan olduğu belə təhrif edilərək onun doğum tarixi 6 il əvvələ çəkilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol