Çoxmərtəbəli binada yanğın – 10 nəfərin halı pisləşdi

Bakının Yasamal rayonunda çoxmərtəbəli binada başlayan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının 5 briqadası göndərilib. Stansiyadan verilən məlumata görə, yanğın zamanı 10 nəfərin halı pisləşib. Təcili yardım həkimləri 4 uşaq və 6 böyük insana yardım göstərib. Onların vəziyyəti yaxşı olduğu üçün xəstəxanaya aparılmayıb.
www.anews.az
























