• $
  • €
  • ₽
  • ₺
  • £

"Həmin fotomuz "Palıdlı sahil"də çəkilib" - Xanım direktordan Hadi Rəcəbli barədə iddialara cavab

"Həmin fotomuz "Palıdlı sahil"də çəkilib" - Xanım direktordan Hadi Rəcəbli barədə iddialara cavab
25.02.2019 16:00
"Şəffaf İdarəçilik" İctimai Birliyinin nin şimal bölgəsinin rəhbəri Amil Hüseynov 

"Ölkə.Az"ın redaksiyasına müraciət edərək, Siyəzəndəki 6 saylı məktəb liseyin direktorundan şikayətçi olduğunu bildirib. Şikayətçi məktubunda qeyd edir ki, məktəbin direktoru Yeganə Əliyeva bütün məktəb kollektivini narazı salıb:

"İşə çıxmayan müəllimlərin adları iş yerində gedir. Dərs saatları müəllimlərə satılır.Fond pulu adi ilə hər ay müəllimlərdən 50 azn pul tələb edir. Bundan əlavə rus sektorunda dərnək olsada, Azərbaycan sektorunda dərnək yoxdur. bununlada xeyli dövlət vəsaiti mənimsənilir. Mənim nümayəndəsi olduğum şəxsi sabiq təsərrüfat üzrə direktor müavini Əhmədov Şamil Rüstəm oğlunu qanunsuz işdən azad edib. Məhkəməyə saxta protokol verib. Hal-hazırda Sumqayıt l məhkəməsində ona qarşı CM-nin 320.1 maddəsi ilə cinayət işi açılıb. Yeganə Əliyeva hər yerdə Deputat Hadı Rəcəbli ilə olan şəklini göstərərək,"qohumum olan bu kişi məni müdafiə edir"-deyir".

Səsləndirilən ittihamlarla bağlı əməkdaşımız Yeganə Əliyeva ilə əlaqə saxlayıb. A.Hüseynovun ittihamlarını qəbul etməyən Y.Əliyeva bildirib:

"Bu məktəbin doqquz ildə qazandığı uğurlardan yazan yoxdur. Amma indi kimsə ortaya düşüb, məktəbi biabır etmək istəyir. Şamil Əhmədovun təsərrüfat müdiri vəzifəsindən çıxarılması mənim yox, nazirin qərarıdır. Əvvəl orta təhsilli insanın bu vəzifəni tutmasına icazə verilirdi, amma indi direktor müavini statusunu daşıyan insanın orta təhsilli olmasına icazə verilmir. Təlimat gəldi ki, ali təhsili olmayanlar işindən azad olunsun. Şamil Əhmədovu regional idarə işindən azad edilib. İndi də apellyasiya şikayəti veriblər. Nazirliyin təlimatı varsa, mən kiməm ki? Fondpulu barədə deyilənlər də cəfəngiyyatdır. Çox istərdim ki, özünüz vəziyyətlə yerində tanış olasınız”.

Xanım direktor Hadi Rəcəblinin adından istifadə etməsi barədə iddialara da cavab verib. Y.Əliyeva deyib ki, H.Rəcəblinin qızı onun əmisi oğlunun həyat yoldaşıdır:

"Hadi Rəcəbli bizim qudamızdır, əmim oğlunun qayınatasıdır. Biz də yayda onun "Palıdlı sahil" istirahət mərkəzinə olduq, şəkillər çəkdirdik. Hadi əminin fotosunu statusda paylaşmışam, həmin fotonu da ordan götürüb kəsiblər, paylaşıblar. Hadi əmi də buna görə əsəbləşmişdi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol