• $
  • €
  • ₽
  • ₺
  • £

Dəm qazından ölən tələbə qızın atası danışdı: "Təcili yardım gələndə…"

Dəm qazından ölən tələbə qızın atası danışdı: "Təcili yardım gələndə…"
26.02.2019 16:49
"Aytən Qovlarda ən yüksək bal toplayan tələbə olub. İndiyə kimi heç kim onun qədər bal yığmayıb. Universitetdə də öz qruplarının nümayəndəsi idi”.

Anews.az xəbər verir ki, bunu azvision.az -a ötən gün dəm qazından zəhərlənərək ölən tələbə, Tovuz rayon sakini Aytən Camalovanın atası Hikmət Camalov deyib.

Onun sözlərinə görə, qızı öz qəsəblərindən olan başqa bir qızla Bakıda kirayədə yaşayırmış: "Evdə iki qız qalırdı. Aytən dünən saat 11 radələrində hamamda dəm qazından zəhərlənib. Artıq təcili yardım gələndə çox gec idi”.

ADU-dan bildirilib ki, Aytən Camalova birinci imtahan sessiyasında yaxşı nəticə göstərdiyi üçün əlaçı təqaüdünə layiq görülüb.

Qeyd edək ki, ötən gün 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı kirayədə yaşadığı mənzildə dəm qazından boğularaq dünyasını dəyişib. Tovuz rayonundan olan A.Camalova Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin I kurs (103b qrup) tələbəsi idi. O, 622 bal toplayaraq tələbə adını qazanmışdı.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol