• $
  • €
  • ₽
  • ₺
  • £

Kəmaləddin Heydərovla Əli Həsənovun yanan bina ilə bağlı anlaşması - TƏFƏRRÜAT

Kəmaləddin Heydərovla Əli Həsənovun yanan bina ilə bağlı anlaşması - TƏFƏRRÜAT
27.02.2019 10:05

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində yanan bina "Qoşa Park" yaşayış kompleksi "Gilan Holdinq"in balansındadır. "Gilan Holdinq"in isə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova məxsus olduğu heç kimə sirr deyil. 

Unikal.org baş verən yanğından sonra həmin yaşayış komleksi barədə ilginc məlumatlar əldə edib. 

Qeyd edək ki, 2006-ci ildə tikintisinə başlanılan yaşayış kompleksi 2014-cü ildə təhvil verilib. Bizi bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, binanın tikintisinin bu qədər müddət uzanması da problemin kökünün xeyli əvvələ getdiyini göstərir: 

"Sözügedən yaşayış kompleksinin tikintisi başa çatandan sonra həmin binanın keyfiyyətsiz olduğu üzə çıxıb. Məhz, bu səbəbdən də binadan mənzil almaq istəyənlərin sayı olduqca az olub. "Gilan Holdinq" rəhbərliyi binadakı mənzillərin satılması üçün səmərəli yol tapıblar. Heç kimə sir deyil ki, Kəmaləddin Heydərovun Bakıda və regionlarda hotelər şəbəkələrinin tikdirilməsinə himayədarlıq edib. Onlardan biri də Kempinski Hotel-Badamdardır. Lakin Kempinski Hotel-Badamdar tikilməmişdən öncə həmin ərazidə məcburi köçkünlər məskunlaşmışdı. Hotelin tikintisi zamanı orada yaşayan məcburi köçkünləri başqa yerə köçürməli olublar. Bu zaman K.Heydərov "Qaçqınkom”un sabiq sədri Əli Həsənovla sövdələşirlər. Belə ki, K.Heydərov Əli Həsənovla anlaşaraq orada məskunlaşan köçkünləri "Qoşa Park" yaşayış kompleksinə köçürüblər. Təbii ki, bunun müqabilində "Qaçqınkom” "Gilan Holdinq"ə mənzillərin pulunu köçürüb. Yəni, Əli Həsənovla Kəmaləddin Heydərov anlaşmaqla dövlətin vəsaiti ilə öz maraqlarını təmin ediblər”.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol