• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qadın özünü maşının altına atdı - VİDEO

Bakıda qadın özünü maşının altına atdı - VİDEO
27.02.2019 11:53
Bakıda baş verən qəzaların yarısı piyada vurulması ilə nəticələnir. Qəzaların bəziləri sürücü günahı səbəbindən olsa da, bəziləri piyadaların məsuliyyətsizliyi üzündən baş verir.

Elə insanlar var ki, bilərəkdən özlərini maşının altına ataraq, sürücülərə problemlər yaradırlar. Beləlik onlar bilərəkdən qəza şəraiti yaradıb, onları "vuran” sürücülərdən pul tələb edirlər.

Belə hadisələrdən biri də avtomobillərin birinə quraşdırılan müşahidə kamerasına tuş gəlib.

Görüntülər Yasamal rayonu M.Xiyabani küçəsində qeydə alınıb. Videodan da göründüyü kimi bir qadın yolun ortasında dayanıb. O, qəfil orta sürətlə hərəkət edən "Mercedes – E klass” markalı, 90 FV 188 nömrə nişanlı avtomobilin üstünə atılıb. Qadın maşına dəyib və yerə yıxılıb.

Videodan da açıq-aydın görünür ki, qadın bilərəkdən özünü maşının üstünə atır. Göründüyü kimi bu hadisə intihara cəhd də deyil. Çünki qadın intihar etmək istəsəydi, maşının qarşısına atılardı. Həm də, ölmək istəyən şəxs yavaş hərəkət edən maşının yox, sürətlə gedən avtomobilin altına atılar.

Maşının sürücüsü Elməddin Bayramov maşını saxlayıb və qadının vəziyyətilə maraqlanıb. Qadını həkimə aparmağı da təklif edib. Lakin piyada razılaşmayıb.

Baş verən hadisənin görüntüsünü təqdim edirik.(Baku.ws)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol