• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda növbəti püşkatma keçirilib

Sumqayıtda növbəti püşkatma keçirilib
27.02.2019 16:45
Azərbaycanda məcburi köçkünlərin problemlərini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edən Prezident İlham Əliyev onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, maddi rifah halının yüksəldilməsi üçün mühüm tədbirlər görür. Ölkə başçısının tapşırığına əsasən, zəruri infrastrukturla təmin edilmiş, müasir standartlara cavab verən qəsəbələr tikilərək istifadəyə verilir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Bakı və Sumqayıt şəhərlərində ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkün ailələri yeni mənzillə ilk növbədə təmin edilir. 
Sumqayıt şəhərində 12-ci mikrorayon ərazisində inşa edilmiş yeni yaşayış binaları kompleksindəki mənzillərdə məcburi köçkünlərin yerləşdirilməsinə başlanılıb. Bununla əlaqədar olaraq, fevralın 27-də şəhərdəki N.Nərimanov adına Mədəniyyət Evində növbəti püşkatma keçirilib. Tədbirdə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvləri, Sumqayıt şəhər icra başçısının müavini, ərazisi işğal olunmuş rayonların icra hakimiyyətlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Püşkatmada Sumqayıt mehmanxanasında müvəqqəti məskunlaşmış 120-ə məcburi köçkün ailəsinin nümayəndələri, mövcud qaydalar əsasında, onlar üçün əvvəlcədən ayrılmış otaq sayı üzrə bina və mənzilin nömrəsini müəyyənləşdiriblər. 

Bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş kompleks 12 binadan ibarətdir. Burada eyni zamanda 21 saylı məktəbə əlavə olaraq, 540 şagird yerlik dördmərtəbəli yeni korpus inşa edilib, məktəbin mövcud binasının fasadı, dam örtüyü tamamilə yenilənib. 

Yaşayış kompleksinin ərazisində sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Kompleksin ümumi ərazisinin 67 faizində yaşıllıq və abadlıq işləri görülüb. Bu kompleks Sumqayıtın mərkəzində yerləşdiyindən şəhərin memarlıq üslubuna uyğun inşa olunub, binaların fasadlarına xüsusi diqqət yetirilib, fərqli üslubda pəncərələr quraşdırılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol