• $
  • €
  • ₽
  • ₺
  • £

Təcili yardım xəstəni yolun ortasında qoyub getdi - BAKIDA

Təcili yardım xəstəni yolun ortasında qoyub getdi - BAKIDA
25.02.2019 12:14
Bakı şəhəri, Səbail rayon sakini Rahidə Məcnun qızı Rəhimova "Ölkə.Az"-ın redaksiyasına müraciət edib.

 Vətəndaş bildirir ki, ötən gün günorta saat 12 radələrində Bülbül 18 ünvanında qəfil səhhəti pisləşib. Yaxınlıqdakı polis əməkdaşı onun telefonundan  təcili yardım çağırıb:

"Təcili yardım gələnə qədər yaxınlıqdakılar mənə su verdilər, yerdən qaldırdılar. Sonra polis əməkdaşı mənim telefonumla təcili tibbi yardıma zəng vurdu. Təcili yardım gələn kimi birinci polis əməkdaşına qarşı aqressiv davranmağa başladı. Tibb bacısı polisə deyir ki, məni bura niyə çağırmısan?  Halbuki xeyli gec gəlmişdilər. Təzyiqimi ölçüb, deyir ki, bunda heç nə yoxdur. Deyirəm, məni xəstəxanaya aparın. Deyir, sənin pulun yoxdur, apara bilmərik. Məni küçənin ortasında qoyub getdilər. Tutaq ki, mən deyiləm, bir turistin küçədə səhhəti pisləşdi, onda necə olacaq? Həmin turist pul verməsə, küçədə yıxılıb ölməlidir? Bəs sonra dünya bizə nə deyər?".
Səsləndirilən iddialarla bağlı Səhiyyə Nazirliyinin də mövqeyini öyrənməyə çalışacağıq.
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol