• $
  • €
  • ₽
  • ₺
  • £

Ərəb turistlər daha Azərbaycana gəlmir: Onlar böyük pullar xərcləyirdi

Ərəb turistlər daha Azərbaycana gəlmir: Onlar böyük pullar xərcləyirdi
28.02.2019 14:39
Təəssüf ki, ərəb turistlərin Azərbaycana axını əhəmiyyətli dərəcədə azalıb. Son zamanlar turizmdən gələn gəlirlərin əsas hissəsi onların payına düşür. Hazırda axın azalıb, ümumilikdə götürdükdə ötən illə müqayisədə, bu il hotellərin cəmi 10-20 faizi dolub.

Anews.az xəbər verir ki, bunu Media.Az-a verdiyi açıqlamasında Azərbaycan Turizm Assosasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.

Qeyd edək ki, 2019-cu ilin əvvəlində Azərbaycan Respublikasına 143 ölkənin vətəndaşı, daha dəqiq desək, 191,6 min xarici və ya vətəndaşlığı olmayan şəxs gəlib. Turist axınında ən böyük artım may ayında Misir (4,5 dəfə), Pakistan (2 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə) vətəndaşları arasında müşahidə olunub.

Ancaq Körfəz ölkələrindən olan qonaqların sayı ötən ilin analoji göstəriciləri ilə müqayisədə, 13,3 % və ya 28,5 min nəfər azalıb. Avropa ölkələrindən gələnlərin sayı 0,9% artıb, MDB ölkələrindən axın isə 0,2% çoxalıb.

Nahid Bağırovun sözlərinə görə, statistik məlumatlara əsasən, Rusiya vətəndaşları Azərbaycana gələn turistlər arasında birinci yerdədir. Ancaq bir məsələni anlamaq vacibdir ki, onların 95%-i əslən azərbaycanlı olan Rusiya vətəndaşlarıdır. İldə bir neçə dəfə doğma vətənlərinə gəlirlər.

"Onları əsl turistlər hesab etmək olmaz. Bizim ölkəyə real turist axını Körfəz ölkələrindən qaynaqlanıb. Biz turizm sahəsində aparılan yanlış siyasətə görə onları itirdik. Digər yandan, Gürcüstana turist axını isə əksinə, daha da artıb”, - deyə Bağırov bildirib  

AzTA rəhbəri hesab edir ki, turizm sahəsi hərtərəfli nəzarət və diqqətli yanaşma tələb edir. Söhbət yalnız marketinq və ya piardan getmir. Bu gün rəqib bazarların sayı-hesabı yoxdur, Azərbaycan rahatlaşsa, hər şey əldən çıxacaq.

"Ərəb turistlər bir çox ölkələr üçün dadlı tikədir. 2016-cı ildən 2018-ci ilin əvvəlinə kimi ölkəmiz inanılmaz nəticələrə nail olub. Körfəz ölkələrindən Azərbaycana nəhəng turist axını müşahidə olunub. Ancaq təəsüflər olsun ki, onu qoruyub-saxlaya bilmədik. Halbuki məhz ərəb turistlər Azərbaycanda daha böyük pullar xərcləyirdi. Avropalılar və MDB ölkələrindən olan turistlər onlar qədər pul xərcləmir”.

Onun sözlərinə görə, bu gün məhz bu istiqamətdə səyləri artırmaq vacibdir, belə ki, hotellər faktiki olaraq boş qalıb:

"Mart bayramları ilə əlaqədar İrandan ölkəyə çox sayda turistin gələcəyinə ümid edirdik. Ancaq dolların milli valyuta ilə müqayisədə, məzənnəsinin kəskin şəkildə artdığını nəzərə alsaq, İrandan böyük turist axını gözləməyin mənası yoxdur”.

Bağırovın sözlərinə görə, əvvəllər Bakıda hotel qiymətlərinin çox baha olduğu deyilirdi. Ancaq  bu gün Booking.com-a daxil olmaqla asanlıqla günü 18-25 dollara hotel otaqları axtarıb tapmaq olar. Söhbət hotellərdən gedir, qonaq evləri və ya hostellərdən yox.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol