• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələrini mükafatlandırdı

“Nar” Azərbaycan Texniki Universitetinin fərqlənən tələbələrini  mükafatlandırdı
28.02.2019 16:35
Gənclərdə oxumaq həvəsini artırmaq və onlarda motivasiya yaratmaq məqsədilə, "Nar” korporativ sosial məsuliyyət strategiyası çərçivəsində uğurlu layihələr həyata keçirməkdə davam edir. Mobil operator Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq çərçivəsində universitetin Radiotexnika və rabitə fakültəsinin 2018-ci dərs ilinin 2-ci tədris semestri üzrə  fərqlənən tələbələrini mükafatlandırıb. "Nar”-ın baş ofisində təşkil edilən görüşdə yüksək nəticələr göstərən Cavid Namazov, Elvin Əmənov və Ülkər Əhmədzadəyə mobil operator xüsusi hədiyyələr təqdim edib. Elm və təhsilə xüsusi önəm verən "Nar”-ın bu təşəbbüsü tələbələri dərslərinə daha həvəslə yanaşmağa sövq edir. 

Qeyd edək ki, "Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2016-cı ildən Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində universitetdə "Nar” GSM laboratoriyası yaradılıb. Laboratoriya tələbələrə GSM sahəsi üzrə təcrübi biliklər əldə etməyə imkan yaradır. Müasir telekommunikasiya avadanlığının quraşdırıldığı "Nar” GSM laboratoriyasında tələbələr üçün təlim və seminarlar təşkil edilir. Bu təlimlər mobil rabitənin peşəkarları olan "Nar”-ın texniki əməkdaşları tərəfindən keçirilir. Proqram çərçivəsində praktiki biliklərini inkişaf etdirən bir qrup gənc ixtisaslı kadr kimi yetişmək üçün mobil operatorda ilk addımlarını atır.

 "Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb. 




www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol