• $
  • €
  • ₽
  • ₺
  • £

“Pulu gətirsələr də, o xəstəni əməliyyat etməyəcəm” - 15 yaşlı Sevdanın həkimi danışdı

“Pulu gətirsələr də, o xəstəni əməliyyat etməyəcəm” - 15 yaşlı Sevdanın həkimi danışdı
28.05.2020 22:02
"Baku Medikal Plaza”nın uzman otroped travmatoloqu Vüsal Mahmudov 15 yaşlı Sevda Məmmədovanın əməliyyatının baş tutmaması ilə bağlı xəstənin yaxınlarının yaydığı məlumata münasibət bildirib. 



Anews.az xəbər verir ki, həkim Medicina.az-a açıqlamasında ailəni yanlış məlumat yaymaqda ittiham edib: "O ailə düzgün məlumat verməyib. Çox səhifələr və saytlar da elə onların dediklərini verir, amma həkimin rəyini, fikrini öyrənmirlər. Yayılan informasiya həqiqətə uyğun deyil. 15 yaşlı Sevda Məmmədova beyin iflici xəstəsidir, o xəstələr sağalmır, gəzmir. O xəstə də illərdir yataqda qaldığından ayaqları, qolları əyilib, vətərləri inkişafdan qalıb”. 


Həkim deyir ki, xəstədə  həm yumşaq toxumada, həm də sümüklərdə problemlər var: "Biz ailəyə dedik ki, əgər təkcə yumşaq toxuma əməliyyatı olacaqsa, məbləğ cəmi 4000 manat edir. Sonradan biz baxacağıq, sümüklərə də ehtiyac olacaqsa, sonra da sümüklər olunmalıdır. Ola da bilər ki, hamısı birlikdə olunsun. Onlar gedib növbəti dəfə gəldilər ki, bizim 2000 manatımız var, siz vətərlərin yarısını əməliyyat edin, sonra qalan yarısını. Bu, absurd bir şeydir. Ailənin istəyilə usağı yarı-yarı əməliyyat etmək mümkün deyil. Dedik, uşaq yazıqdır, həm də bu, mümkün deyil.  Biz rentgen çəkdik, gördük sümüklər də əyilib. Ona görə dedik ki, bu uşaqda eyni vaxtda 12 əməliyyat olacaq, həm vətərlər, həm sümüklər. Bunun yolu budur”.


Həkimin sözlərinə görə, ailə daha sonra buna razı olub və deyiblər ki, onlara rəsmi kağız verək ki, bu qızın əməliyyatına bu qədər pul lazımdır, onlar da televiziyalara elan versin, pulu toplasınlar. Biz razılaşdıq.  Biz həqiqətən o qıza kömək etmək istəyirdik. Biz həkimik. Pulu alıb cibimizə qoymuruq. Bura özəl klinikadır, ödəmə kassaya olunur. Bu qədər əməliyyat üçün tam normal, hətta güzəştli bir rəqəm demişik. Məbləğ 12 min yox, 10 min manat deyilib. Biz ailə ilə dəfələrlə üzbəüz söhbət etmişik, izah etmişik, öncədən hər şeyi razılaşmışdıq. Bizə təşəkkür etdilər, indi də belə xəbər yayırlar. Ayıbdır”. 


V.Mahmudov deyib ki, onlar xəstəyə əməliyyat təyin edib, sonra imtina etməyiblər: "Biz onlardan pul almamışıq. Xəstəyə baxmışıq, kömək etmək istəmişik. Bu məgər günahdır? Belə bir şikayət hansı məntiqə sığır”.


Həkim bundan sonra ailə  əməliyyata lazım olan 10.000 manatı toplasa belə, bir daha həmin xəstəni qəbul etməyəcəyini də bəyan edib. 


Xatırladaq ki, Ağcabədi rayon sakini 15 yaşlı Sevda Məmmədovanın əməliyyatının baş tutmamasına görə qohumları Baku Medical Plaza və həkimlərinin onları aldatması ilə bağlı məlumat yayıblar.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Cəmiyyət 10:14
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanılıb
Qızıl və gümüş bahalaşıb
Cəmiyyət 10:00
Qızıl və gümüş bahalaşıb
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol