• $
  • €
  • ₽
  • ₺
  • £

"Buradan çıxım yaxşıca dincələcəm" – Ömrünün yarısını həbsxanada keçirən məhkum – VİDEO

"Buradan çıxım yaxşıca dincələcəm" – Ömrünün yarısını həbsxanada keçirən məhkum – VİDEO
04.03.2019 19:30
"Bu da bir incəsənətdir, onu bacarmaq lazımdır”

ARB TV-nin "Rezonans” proqramı növbəti buraxılışında məhkum Zəkavət Məmmədovun həyat hekayəsini yayımlayıb.

Zəkavət Məmmədov – Cəzası: 13il (ümumi 30 il ): "15 yaşımda qarmon oğurlamışdım. İlk cəzam idi. Sonra ərəblərdən mal aldım, paltar filan. O vaxt icazə yox idi. Tutuldum. Ukraynada bir qadının evindən oğurluq etmişdim, o işin də üstü açıldı. Təhlükəsizlik xidmətinin işçisi olduğunu sonradan bildim. İşlədiyim yerə bir nəfər gəldi. Onu şantaj etdim. Şikayət etdi, tutuldum. 7 il cəza aldım. Daha sonra şərab zavodundan 1 "TIR” dolusu şərab oğurladım. Dedi, sata bilərsən? Dedim, əlbəttə, aldatdım. Bu da bir incəsənətdir, onu bacarmaq lazımdır. Məni də kimsə aldada bilər. Atam xərçəng xəstəsi idi. Çıxmağıma 4 il qalmışdı, əmim oğlunu çağırdım bütün sənədləşmə işlərini ona tapşırdım ki, evi satsın, mənə pul lazım idi. O da evi satdı, məni aldatdı. Çıxanda evsiz qaldım. Atam bir il yataqda yatıb, mən onu görə bilmədim. Ona baxan da olmadı. Öz qardaşı dəfn edib. Növbəti cinayətimin nəticəsi də buradır. Yenə həbsdəyəm. Heç kimi günahlandırmıram. Qismətimdir, mən də bu həyatı yaşayıram. Seçim etməmişəm, bu həyatın gedişatıdır. Buradan çıxım yaxşıca gəzib, dincələcəm”.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
Cəmiyyət 14:24
Sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəmiyyət 13:43
İki psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Cəmiyyət 13:26
Ağdərə, Xocalı və Xocavəndə daha 73 ailə köçürülüb
Mətbuat Şurası bəyanat yayıb
Cəmiyyət 13:08
Mətbuat Şurası bəyanat yayıb
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Cəmiyyət 12:52
Bir sinifdə 52 şagird - valideyn şikayət etdi, direktor təkzib verdi
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Cəmiyyət 12:34
Prosesin sürətlənməsinə ehtiyac var- deputat sənədsiz evlərdən danışdı
Axtarışda olan narkokuryer saxlanılıb
Cəmiyyət 12:25
Axtarışda olan narkokuryer saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol