• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn ərəb turistlərin sayı açıqlandı

Azərbaycana gələn ərəb turistlərin sayı açıqlandı
04.03.2019 21:30
Azərbaycan Səudiyyə Ərəbistanı ilə birbaşa hava əlaqəsinin təşkilini təklif edib.

Azərbaycanın maliyyə naziri Samir Şərifov bunun səbəbini izah edərkən bildirib ki, Səudiyyə Ərəbistanından ölkəmizə turistlərin axını, əsasən, yay mövsümündə müşahidə edilir. Halbuki Azərbaycanın qış turizm imkanları da olduqca böyükdür.

"2017-ci ildə Səudiyyə Ərəbistanından 33,273 min turist Azərbaycana səfər edib, 2018-ci ildə isə onların sayı artıq 73 minə çatıb. Lakin turistlərin axını yalnız yay mövsümündə müşahidə edilir. Bu səbəbdən mütəmadi birbaşa hava əlaqəsinin təşkilini zəruri hesab edirik. Bu, nəinki turizm, həm də iki ölkə arasında biznes münasibətlərinin inkişafı üçün mühüm olacaq”, - deyə S.Şərifov vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müştərək komissiyanın 5-ci iclası keçirilir.

Komissiyanın həmsədrləri maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömərdir.

Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, həmçinin, ticarət dövriyyəsinin həcminin artırılması, yanacaq-energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, əmək və məşğulluq, səhiyyə, mədəniyyət, turizm, təhsil, gənclər və idman, islam məsələləri, təhlükəsizlik, hava əlaqəsinin genişləndirilməsi, meliorasiya və su təsərrüfatı, müqavilə-hüquq bazası və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.

Müzakirələrin yekunu olaraq Protokolun imzalanması nəzərdə tutulur.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol