• $
  • €
  • ₽
  • ₺
  • £

“Pensiya 3 faiz artır, amma unu, yağı, makaronu 50 faiz bahalaşdırırlar” – Hökumətə təpki

“Pensiya 3 faiz artır, amma unu, yağı, makaronu 50 faiz bahalaşdırırlar” – Hökumətə təpki
05.03.2019 21:30
"Prezidentin problemli kreditlərlə bağlı imzaladığı fərman alqışlanası fərmandır, amma görəcəksiz ki, bu məmurlar, bank sahibləri, xalqın malını talayanlar onun icra olunmasına əngəl olmağa çalışacaqlar”.
Bu fikirləri Mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, hər şeydən öncə bank sahibi olan məmurlar cavab verməlidirlər:
"Bu məmurlar niyə xalqı yaman günə qoyurdular? İndi də dövlət yükü çiyninə götürüb. Belə baxanda, həmin oliqarx məmurların bankları qazanacaq. Ona görə hər zaman deyirəm ki, bu mənfur qüvvələr dövlətə zərbə vurmaqla məşğuldurlar. Ölkə başçısının yürütdüyü siyasətə qarşı çıxanlar bu məsələdə də süni əngəllər yaratmağa çalışacaq. Artıq bəzi bank sahibləri borclulardan rüşvət almaq üçün yollar axtarır. Yəni, Prezidentin mütərəqqi addımına haram qatmaq istəyirlər. Hesab edirəm ki, bu istiqamətdə ciddi addımlar atılmalıdır. Nə qədər ki, oliqarx-məmurların əllərində banklar var, bu problemi həll etmək mümkün olnayacaq. Camaatın borcunu milyardları xaricə daşıyan məmurlara ödətmək lazımdır”.

 

Müsahibimiz pensiya, müavinət və əməkhaqlarının qalxmasından sui-sitifadə hallarına satrt verildiyini vurğulayıb. Onun sözlərinə görə, Prezident pensiyaları, müavinətləri, maaşları qaldırır, amma bəzi mənfur qüvvələr dövlətə zərər vurmaq üçün ərzaq və digər məhsulların qiymətini bahalaşdırır:
"Yəni, Prezident xalqla bir yerdə olduğunu göstərir, müsbət addımlar atır, həmin məmurlar o dəqiqə əks istiqamətdə tədbirlər həyata keçirir. Pensiya 3 faiz artır, amma unu, yağı, makaronu 50 faiz bahalaşdırırlar. Ona görə də hesab edirəm ki, bu komanda ilə, bu hökumətin üzvləri ilə bir addım irəli gedə bilmərik. Sahibkarlara ayrılan pulların hamısını mənimsəyirlər. "Şapka Mamed” deyilən adam sahibkarlara ayrılan pulları göyə sovurur. Bu cür adamları niyə görmürlər? Nə qədər ki, bu gözü, qarnı doymayan komanda üzvləri var, biz problemlərdən xilas ola bilməyəcəyik.
Prezident xalqı ilə bir yerdə olmaq istəyir, ona imkan vermirlər. Bu səbəbdən də biz Prezidenti yanında olmalıyıq. Ona bu işdə dəstək olmalıyıq”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol