• $
  • €
  • ₽
  • ₺
  • £

"Lotu Quli" Türkiyəni tərk edib, Dubaya yerləşdi

"Lotu Quli" Türkiyəni tərk edib, Dubaya yerləşdi
08.03.2019 17:48
Qanuni oğru Nadir Səlifov ("Lotu Quli") Dubaya köçüb və bundan sonra fəaliyyətini oradan davam etdirəcək.


Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın rosbalt.ru saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, Səlifov ora köçməkdə məqsədi özünü başda Rusiya olmaqla müxtəlif ölkələrin təhlükəsizlik orqanlarının müdaxiləsindən qorumaqdı. Çünki Rusiyada müstəntiqlər onu sorğu-sual etmək istəyirlər. 


Qeyd edək ki, azadlıqğa çıxdıqdan sonra Türkiyədə gedən qanuni oğru bir müddət Dubayda qalmağı planlaşdırır.


Səlifovun Rusiya Federasiyasında fəaliyyət göstərən qruplarının nəzarət mərkəzi Birləşmiş Ərəb Əmirliklərində yerləşib. Bildirilir ki, "Lotu Quli" demək olar hər gün internet vasitəsilə həmin qruplarla əlaqə saxlayır və öz tapşırıqlarını verir.


Mənbənin dediyinə görə son zamanlarda "Lotu Quli"nin nümayəndələri Rusiyada görülməmiş fəaliyyətlərə başlayıblar və əməliyyatçılar onları tutmağa çalışır. Qulinin Dolqoprudnıy və Moskvadakı elçiləri saxlanılıb, Sverdlovsk və digər bölgələrdəki fəaliyyətlər haqqında məlumatlar əldə edilib.


Əslində daha öncə qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski, 2016-cı ilin avqustunda İstanbulda öldürülüb) nəzarətində olan bütün bazarlar və kommersiya obyektlərinin idarəsi tam Səlifovun nəzarətinə keçib. Digər azərbaycanlı avtoritetlər onunla mübahisə etməməyi üstün tuturlar. Müxalif tərəfdə isə təkcə Rövşənin yaxın qoyumu Zaur qalıb. O, yaxın zamanlara qədər Moskvada olurdu. Lakin bildirilir ki, Səlifovun adamları ilə mübarizə apara bilməyəcəyini anladıqdan sonra aradan çəkilib. Mənbələrin sözlərinə görə, buna baxmayaraq o, müntəzəm olaraq Moskvada onunla danışmaq istəyən avtoritetlərlə əlaqə saxlayır və müəyyən hadisələr barədə məlumat verir.


Xatırladaq ki, Quli 2018-ci ilin oktyabrlında Türkiyədə olarkən saxlanılmışdı. O vaxtdan bəri Rusiya Səlifovun verilməsi üçün İnterpol xətti ilə 2 dəfə müraciət etmişdi, lakin Türkiyə tərəfi bu müraciətlərə cavab verməmişdi. Həmin vaxt Quli Azərbaycana deportasiya edilmişdi. Lakin Səlifov burada uzun müddət qalmayıb və BƏƏ-dən nəzarət etməyin daha uyğun ola biləcəyi qənaətinə gəlib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol