• $
  • €
  • ₽
  • ₺
  • £

AZANS və EUROCONTROL nümayəndələri görüşdü

AZANS və EUROCONTROL nümayəndələri görüşdü
13.03.2019 16:00
Madrid şəhərində keçirilən World ATM Congress 2019 çərçivəsində "Azəraeronaviqasiya” HHİ (AZANS) nümayəndələri və Avropa regionunun hava məkanının idarə edilməsi mərkəzinin (Network Manager Operations Centre - NMOC) direktoru Co Sultanın başçılıq etdiyi "EUROCONTROL”-un nümayəndə heyəti arasında görüş keçirilmişdir.

Görüşdə Eurocontrol və AZANS arasında gələcək əməkdaşlıq məsələləri, habelə Eurocontrol-un strateji tərəfdaşı və axınların planlaşdırılması zamanı əlaqələndirici qovşaq olan Azərbaycanın rolu müzakirə olunmuşdur.

AZANS və EUROCONTROL arasında sazişin imzalanmasının zəruri olduğu qeyd olunmuşdur. Həmin saziş hava hərəkətində gözlənilməz hallar baş verdiyi təqdirdə hava axınlarının planlaşdırılması zamanı regional yardım mərkəzi qismində Hava məkanından istifadənin səmərəliliyi, strategiya və inkişaf mərkəzi (ASEC) tərəfindən istifadə ediləcəkdir.

2019-cu ilin 27-28 fevral tarixində Pakistanla Hindistan sərhədində baş verən hadisələrdən sonra Pakistan öz hava məkanını bağladığı zaman bu məsələ daha də aktual olmuşdur. Bu dövrdə hava hərəkəti axınlarının səmərəli təşkilinə zərurət xeyli dərəcədə artmışdır. 

World ATM Congress hava hərəkətinin təşkili sahəsində dünyada ən böyük sərgi və konfrans hesab edilir. Hər il burada təxminən 10 min nəfər iştirak edir.

"Azərbaycan Hava Yolları”-nın tərkibinə daxil olan AZANS HHİ Azərbaycan Respublikasının hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsini həyata keçirir. AZANS hər gün 500-dən çox hava gəmisinə xidmət göstərir, onlardan 300 hava gəmisi Azərbaycan ərazisindən keçən tranzit reyslər yerinə yetirir.

EUROCONTROL 41 üzv dövlətdən və xüsusi razılaşması olan 2 dövlətdən ibarət hökumətlərarası təşkilatdır. Tərəfdaşları ilə birlikdə EUROCONTROL hava hərəkətinin təşkilinin səmərəliliyini təmin edən vahid Avropa səmasını yaratmaq niyyətindədir. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol